19 avqust 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Məşhurların övladları: Bülbülün oğlanları - Poladın qardaşları - FOTOLAR  
Məşhurların övladları: Bülbülün oğlanları - Poladın qardaşları - FOTOLAR  
17.02.2018, 09:39

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış və məşhur simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin,  məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi lbül və övladları haqqındadır. Layihəmizin bu təqdimatı həm də formatına görə əvvəlkilərdən fərqlənir.

Bülbülün adı çəkiləndə çoxlarının ağlına o saat həm də Polad Bülbüloğlu düşür. Böyük əksəriyyət Bülbülün bir oğlu olduğunu düşünür, amma böyük sənətkarın həyatı barədə ətraflı məlumata malik olmayanlar bilmir ki, Bülbülün əslində 1 deyil, 3 övladı olub. 

3 oğul atası olmuş Bülbül həm də 3 dəfə ailə qurub... Beləliklə, məşhur opera müğənnisi  haqqında maraqlı faktlarla siz də tanış olun.


Bülbül
(əsl adı Murtuza Məmmədov) nadir istedada malik əvəzsiz sənətkarlardandır.

Murtuza Məşədi Rza oğlu Məmmədov 22 iyun 1897-ci ildə Şuşada anadan olub. Murtuzagil ailədə 6 qardaş olublar. Murtuzadan başqa hamısı uşaq vaxtı rəhmətə gedib. O, körpə olanda anası da dünyasını dəyişib. Sonra atası başqa qadınla ailə qurub. O qadının öz övladı olmayıb, amma Murtuzaya əsl analıq olub. Deyilənə görə, Murtuza çox ağıllı, sakit uşaq olub. O, özünəməxsus oxu tərzinə, fitri istedadına, qeyri-adi dərəcədə məlahətli səsinə görə hələ kiçik yaşlarından “Bülbül” ləqəbi qazanıb. Murtuza Məmmədov artıq yeniyetmə yaşlarında mahir ifaçı kimi sevilirdi.

1909-cu ildə Gəncəyə köçən Bülbülün səsinin sorağı çox keçməmiş hər yerə yayılır. O, tez-tez ətraf bölgələrə, o cümlədən Tiflisə dəvət alır, müxtəlif konsert və tamaşalarda çıxışlar edir.

1912-ci ildə görkəmli şair Abbas Səhhətlə tanışlıq Bülbülün həyatında önəmli rol oynayır. Abbas Səhhət Bülbülə savadını artırmaqda kömək edir, ədəbiyyat və incəsənətə daha dərindən bələd olmaqda ona istiqamət verir. Şair Bülbülə rus dilini öyrətməklə yanaşı, həm də, rus ədəbiyyatından Bülbülə mükəmməl bilgi verir.


Səs-sorağı hər yerə yayılan Bülbülü 1920-ci ildə Bakıya - Opera teatrına dəvət edirlər. Və o, həmişəlik Bakıya köçür. Elə həmin ildən Bülbül Opera teatrının solisti kimi fəaliyyətə başlayır.

Bülbül 1921-ci ildə Konservatoriyanın tələbəsi olur. 1927-ci ildə Konservatorinı bitirir və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilir.

1927-ci ilin noyabrından 1931-ci ilin oktyabrına kimi Bülbül İtaliyanın Milan şəhərində yaşayır. Dörd il ərzində o, Milan Konservatoriyasında (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfində) mükəmməl vokal təhsili alır.


Bülbül 1931-ci ilin oktyabrında İtaliyadan vətənə döndü. 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olan Bülbül Azərbaycan vokal sənətinin inkişafında əvəzsiz xidmət göstərib. Bülbülün geniş səs imkanlarına malik ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələri üzvi şəkildə birləşib.

1933-cü ildən professional ifaçı olaraq Bülbül bütün SSRİ məkanına və xarici ölkələrə qastrol səfərlərinə çıxmağa başladı.

Bülbülün opera səhnəsində yaratdığı bütün obrazlar həmişə ən yüksək zirvədə dayanıb.

Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasında Kərəm, "Arşın mal alan" operettasında Əsgər, "Koroğlu" operasında Koroğlu, Müslüm Maqomayevin "Nərgiz" operasında Əlyar, Niyazinin "Xosrov və Şirin" operasında Fərhad, Əfrasiyab Bədəlbəylinin "Nizami" operasında Nizami, R.M.Qliyerin "Şahsənəm" operasında Qərib,  Qara Qarayev və Gövdət Hacıyevin "Vətən" operasında Aslan obrazları Bülbülün Azərbaycanın musiqili teatr tarixində açdığı yeni bir səhifədir.
Bununla yanaşı, Bülbül Qərbi Avropa və rus klassiklərinin də operalarında müvəffəqiyyətlə çıxış edib. İ.Bizenin "Karmen", C.Verdinin "Riqoletto", İ.Massnenin "Verter", C.Puççininin "Toska", N.A.Rimski-Korsakovun "May gecəsi", S.Raxmaninovun "Aleko", R.M.Qliyerin "Şahsənəm", Çileanın "Arlezianka" operalarında canlandırdığı obrazlar Bülbülün repertuarında geniş yer tuturdu. 


Xalq mahnılarımızı böyük ustalıqla ifa edən Bülbül "Süsən sünbül", "Qara gözlər", "Yaxan düymələ", "Çal oyna", "Segah təsnifləri" kimi bir çox mahnılara yeni nəfəs gətirib.

Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaşmasında Bülbülün müstəsna xidmətləri var. Asəf Zeynallının "Ölkəm", Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının da ilk ifaçısı Bülbül olub.


1938-ci ildə SSRİ xalq artisti adına layiq görülən Bülbül 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı da olub.


Bülbülün istər yaradıcılıq, istər ifaçılıq, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti həmişə zirvədə olub. Bülbül o dövrdə bütün ümumittifaq müsabiqələrdə münsiflər heyətinin üzvü, bütün vokal konfranslarının və müsabiqələrinin iştirakçısı və məruzəçisi olub. 

 


O, öz ifasında Şərq və Qərbin musiqi mədəniyyətinin qovuşdurulmasına nail olmuşdu.


Bülbül həm də ictimai xadim idi. O,  I-V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, iki dəfə "Lenin" ordeni, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, İtaliyanın Haribaldi ordeni, həmçinin müxtəlif medallarla təltif edilib.


Böyük sənətkar 1961-ci il sentyabr ayının 26-da Bakıda öz evində ürək tutmasından vəfat edib. Mərhum sənətkar Fəxri Xiyabanda dəfn edilib.


Qeyd etdiyimiz kimi Azərbaycan məşhur opera müğənnisi Bülbül 3 dəfə ailə qurub.

Onun ilk həyat yoldaşı Zeynəb xanım olub. Lakin onların birgə həyatı uzun sürməyib. Cəmi 15 il (1917-1932-cı illər) davam edən bu evlilik müddətində cütlük övlad sahibi ola bilməyib. Bülbülə övlad bəxş edə bilməyən Zeynəb xanım erkən yaşda – 1936-cı ildə dünyasını dəyişib. 


Bülbülün ikinci evliliyi sıradan bir qadınla olmayıb. Bu, dəfələrlə onunla birgə opera səhnəsini bölüşən müğənni Gülarə İsgəndərova idi. Bülbül və Gülarə xanımın evliliyi 8 il sürüb (1932-1940-cı illər). Bu o Gülarə İsgəndərovadır ki, məşhur Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar obrazını oynayıb, bu rolun ilk qadın ifaçısı kimi mədəniyyət tariximizə düşüb. Həmin operada Koroğlunu Bülbül oynamışdı.

Gülarə İsgəndərova ötən əsrin 30-cu illərində milli operamızın səhnəsində parlayan gənc müğənnilərdən idi. Lakin səhnəni erkən tərk edən bu xanım haqqında müasir oxucu o qədər də geniş məlumata malik deyil.

1937-ci il aprelin 30-da Azərbaycanın mədəniyyət tariximizə qızıl hərflərlə yazılan bir hadisə baş verdi. Həmin il Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası oynanıldı... Həmin gün tamaşaçılar, musiqi tariximizi həmişəlik bəzəyəcək yeni əsərlə yanaşı, böyük səhnədə ilk addımlarını atan istedadlı bir müğənni ilə də tanış oldular. Bu müğənni, o vaxta qədər, demək olar, heç kimin tanımadığı 26 yaşlı Gülarə İsgəndərova idi. Uğurlu premyeradan sonra gənc opera ulduzunun sənət nailiyyətinə ən çox sevinən, yəqin ki, Koroğlu rolunun ölməz ifaçısı Bülbül oldu. Çünki onlar, təkcə Koroğlu-Nigar duetində yox, elə həyatda da bir yerdə idilər.

Bu hadisəyədək artıq Bülbül-Gülarə cütlüyünün evlərində Emin adlı bir oğulları böyüyürdü. Bülbülün ilk övladı Emin Məmmədov 1933-cü ildə dünyaya gəlmişdi.


Musiqi tariximizin tədqiqatçısı, sənətşünas Ziyadxan Əliyev Gülarə İsgəndərova haqqında bunları qeyd edir:  

« 1996-cı ildə nəşr olunmuş “Üzeyir Hacıbəyov ensiklopediyası”nda bəstəkarın həyat və yaradıcılığı ilə bağlı olan bütün şəxslər barədə məlumat toplandığı halda, Gülarə İsgəndərova unudulub, özü də bilərəkdən...

Gülarə İsgəndər qızı İsgəndərova 1911-ci ildə Bakıda anadan olmuşdu. Müasirlərinin söylədiyinə görə, xüsusi musiqi təhsili almasa da, musiqinin incəliklərinə dərindən yiyələnibmiş. Yaxşı səsi varmış, həm də gözəl piano çalırmış. Opera teatrına isə 1935-ci ildə-Sənaye İnstitutunda təhsilini yarımçıq qoyaraq, gəlib. Təbii ki, onun teatra gəlişində Bülbüllə evliliyi başlıca rol oynaya bilərdi. Bülbülün 1931-ci ildə İtaliyadan qayıtdığını nəzərə alsaq, onların ailə qurmaları da məhz o dövrə-1932-ci ilə təsadüf edə bilərdi.

Əvvəl Bülbül, əslən Qarabağdan olan Zeynəb adlı bir qadınla evli olub, lakin xaricdən qayıtdıqdan sonra ayrılıblar. Sənədlərə və deyilənlərə əsaslansaq, Bülbül və Gülarə xanım Moskva dekadası (1938-ci il) ərəfəsində Bakıda məşhur olan “Elm evi”ndə (indiki Bülbül və Xəqani küçələrinin kəsişdiyi yerdəki bina) yaşayıblar.

Əgər əvvəlki tamaşalarda onların məhəbbətli duetləri həyatdakı qədər təbii və ürəkdən gələn idisə, pozulmuş nigahın soyuq işığında sevimli, sevgili görünmək, o vaxtlar Gülarə xanım üçün çox çətin idi. Buna baxmayaraq, o, bütün baş verənləri alın yazısı kimi qəbul etməyə özündə güc tapa bilib...


Bülbüldən boşandıqdan sonra gözəl və məşhur xanımın “subaylığı” çox az davam edib və Gülarə xanım, o vaxtlar meliorasiya naziri işləyən Yusif Nəzirovla ailə qurub. Bu izdivacdan Leyla adlı qızları da dünyaya gəlib. Ailə bir müddət Bakıda, sonra isə müəyyən fasilələrlə, həm də Klyazma və Moskva şəhərlərində yaşayıb. Gülarə xanım evdə olarkən, vokal dərsləri verib. Ərinin vəfatından sonra isə qızı Leyla ilə birlikdə birdəfəlik Moskvaya köçüb. 80-ci illərin ortalarında isə qızının ailəsi ilə birlikdə Amerikanın Sent-Luis şəhərinə üz tutub... ».

Tədqiqatçı bildirir ki, Gülarə İsgəndərovanın “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Nərgiz”, “Şahsənəm”, “Quenotlar”, “Şah İsmayıl” operalarında, “Arşın mal alan” operettasında aparıcı rollarda çıxış etdiyi müəyyənləşib.


« Bülübüllü günlərdən Gülarə xanıma əbədi yadigar qalan səhnədə və həyatda birgə yaşadıqları xoş məqamlarla yanaşı, bir də Bülbülü həmişə xatırladacaq oğlu Emin olub. Zahirən atasına çox bənzəyən Emini indi də xatırlayan çoxdur. Emin, xatirələrdə yaxşı dost, istedadlı musiqiçi, dəyərli alim-pedaqoq kimi qalıb ».


Qeyd edək ki, Emin Məmmədov əvvəl Moskva Dövlət Universitetində oxuyub, sonra təhsilini 1961-ci ildə ADU-nun Filologiya fakültəsində tamamlayıb. Bakıda Liliya Zanina adlı balerina ilə evləndikdən sonra Sankt-Peterburqa köçüblər. Xanımı uzun müddət dövrün çox nüfuzlu sayılan Marinski teatrında çalışıb. Eminin özü isə Sankt-Peterburqdakı Gertsen adına Pedaqoji İnstitutda xarici ölkələr ədəbiyyatını (alman dilində) tədris edib, filologiya üzrə dissertasiya işi müdafiə edərək, alimlik dərəcəsi alıb. Uzun müddət institutda dekan vəzifəsində çalışıb. Onların Riad adlı bir oğulları dünyaya gəlib.

« Görəsən, hamının yaddaşına yüksək insani keyfiyyətlərilə həkk olunmuş Emin Bakını tərk etməyə bilərdimi? Yəqin ki, əgər qürur mücəssəməsi saydığı atası dünyasını dəyişməsəydi...

Bəlkə də doğmalar içində yad görünməməsi üçün üz tutdu Şimala...

...Özünün səs dünyasını Bülbülsüz təsəvvür edə bilməyən Gülarə xanım İsgəndərovadan söz açdıq.

Bülbül səsinin işığı ilə səhnəyə gələn bu istedadlı müğənni yəqin ki, səhnə həyatını onsuz təsəvvür etmədiyindən yaradıcılığının çiçəkləndiyi bir vaxtda – cəmisi 30 yaşında sənəti və səhnəni birdəfəlik tərk etdi. Obrazlı desək, yaradıcılıq ömrünün son nəğməsini oxuyan qu quşuna bənzədi. Bu, azmış kimi üstündəki “Bülbülün xanımı” adı bədxahlarına çox göründü və kimlərsə o vaxtdan ötən yarım əsrdən çox bir müddətdə onu xalqın və tarixin yaddaşından silməyə çalışdılar. Lakin bu gün Səs yazıları arxivində qorunan yeganə valının (1938-ci ildə yazılıb) və bir neçə fotoşəklin mövcudluğu göstərir ki, o, heç də bəzilərinin çalışdıqları kimi unudulmağa məhkum olunmuş sənətkar deyilmiş... »,-deyə Ziyadxan Əliyev bildirir.

Qeyd edək ki. Bülbülün ikinci həyat yoldaşı Gülarə xanım uzunömürlü olub. 1911-ci ildə dünyaya gəlmiş bu qadın 2010-cu ildə 99 yaşında vəfat edib. Onların oğulları Emin Məmmədov isə anasından erkən – 1999-cu ildə dünyasını dəyişib. Emin 66 il yaşayıb (1933-1999).

Bülbülün üçüncü həyat yoldaşı Adeliada xanımdır. O, görkəmli sənətkara iki oğlan bəxş edib ki, bunlaradan kiçiyini – Polad Bülbüloğlunu hamımız yaxşı tanıyırıq.

 

Adelaida Məmmədova uzun illər Bülbülün memorial muzeyinin direktoru, sənətkarın zəngin irsinin əvəzsiz tədqiqatçısı olub.

Adelaida Məmmədova 1922-ci il avqustun 22-də Tiflisdə anadan olub. Həmin şəhərdə orta təhsilini bitirib. Daha sonra hüquq üzrə ali təhsil alıb.

Bülbül və Adeliada xanım 1938-ci ildə ailə həyatı qurublar. Bu evlilik müddətində o, Bülbülü bir an belə yalnız buraxmayıb.

Adelya xanım nəinki konsertlərə, qastrollara, hətta Böyük Vətən müharibəsi illərində maestro Bülbüllə cəbhə bölgəsinə belə birgə gedib. O, Bülbülün yalnız həyat yoldaşı deyil, həm də dostu idi. Ona işlərində hər zaman kömək edirdi. Hətta hansısa çıxışı etmək lazım gələndə Bülbül onun mətnini yazmağı Adelya xanıma etibar edirdi. Bülbül Adelya xanıma notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə səlahiyyət vermişdi. Adelya xanım onun əvəzinə sənədləri imzalaya, məktub, teleqramlar yaza və ala bilərdi.



Adeliada xanımın xatirələrindən:

“Biz Bülbüllə 1938-ci ilin əvvəllərində ailə qurduq. Mən 22 avqust 1922-ci ildənəm. Özüm Tiflisdə doğulmuşam. Anam gürcüydü, knyaz qızıydı - Ketevanna Vezirişvili, atam da Rza Qasımov İrəvanın ən böyük, ən məşhur tacirinin oğluydu. Mən uşaq olanda ailəmiz Bakıda yaşayırdı. Atam Bülbüllə dostluq edirdi. Sonra da atam getdi çıxdı İrana, bizsə yenidən köçdük Tiflisə. Bülbül həmişə Tiflisə qastrola gələndə, bizə də baş çəkərdi...

Xülasə, 16 yaşım vardı ailə həyatı quranda. Sonralar hüquq təhsili alsam da, heç vaxt o sahədə işləmədim, çünki Bülbül razı olmadı.

Bülbüllə 25 il yaş fərqimiz olsa da, çox yaxşı anlaşırdıq. Heç vaxt xətrimə dəyməz, səsini ucaltmazdı".

Bülbül və Adeliada xanımın ailəsində iki oğlan dünyaya gəlib. İlk övladları Çingiz 1938-ci ildə, ikinci oğlanları Polad isə 1945-ci ildə isə doğulub.

Bülbül və Adeliada xanımın birgə ailə həyatı 23 il sürüb. 1961-ci il sentyabrın 26-da Bülbülün ölümü Adeliada xanımı çox sarsıdıb.


Adeliada xanımın xatirələrindən :

"1961-ci il sentyabrın 26-da rəhmətə getdi Bülbül. "Təcili yardım" gəldi, baxdı... Bülbül gözünü açıb dedi ki, daha hər şey gecdi, mən ölürəm... 10 dəqiqənin içində Bülbül bizi tərk elədi...

Onda Çingizin 23, Poladın 16 yaşı vardı. Bülbül deyərdi ki, iki məqamda valideyn uşağın işinə qarışmamalıdır. Bir ailə quranda, bir də sənət seçəndə. Hələ Bülbülün sağlığında uşaqlarıma başa salmışdım ki, elə hərəkət edin ki, ata heç vaxt sizə görə  qızarmasın. Şükür Allaha, uşaqlarım elə böyüdü ki, bizi narazı salacaq hərəkətləri olmadı".

Adeliada xanım Bülbülün ölümündən sonra ömrünü onun adına açılmış ev muzeyinə həsr elədi. O, 1938-ci ildən yaşadığı mənzili, buradakı unikal sənədləri, əşyaları muzeyin təşkil olunması üçün qoruyub saxladı. 1976-cı ildə o mənzildə Bülbülün memorial muzeyi yaradıldı və 1977-ci ildə Adeliada xanım muzeyə direktor təyin edildi.
O, 2013-cü ilin fevralınadək bu muzeyin başında dayandı, ona rəhbərlik etdi. 2015-ci il aprelin 25-də isə Adeliada Məmmədova bu dünyadan köçdü.

Bülbülün yadigarları - 1938-ci il təvəllüdlü Çingiz Bülbüloğlu hazırda sağ-salamat yaşayır.

73 yaşlı Pold Bülbüloğlu isə hazırda Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir. Çingizin iki, Poladın isə üç övladı var.


Şəkildə: Bülbülün ailə üzvləri - oğlanları Çingiz və Polad, həyat yoldaşı Adeliada xanım, nəvələri prezident İlham Əliyevlə...

A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
18.08.2018, 22:06

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018, 21:51

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Putin Almaniyaya gedib
18.08.2018, 21:30

Putin Almaniyaya gedib

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq
18.08.2018, 21:12

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq

“Qarabağ” çempionata qələbə ilə başladı
18.08.2018, 20:54

“Qarabağ” çempionata qələbə ilə başladı

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...
18.08.2018, 20:43

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...

Ərdoğan yenidən AKP sədri oldu
18.08.2018, 20:30

Ərdoğan yenidən AKP sədri oldu

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI
18.08.2018, 20:16

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib
18.08.2018, 20:01

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 
18.08.2018, 17:31

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı
18.08.2018, 17:17

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi
18.08.2018, 17:12

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı
18.08.2018, 16:44

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı

Səfər Mehdiyev gömrük postlarını YOXLADI
18.08.2018, 16:15

Səfər Mehdiyev gömrük postlarını YOXLADI

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi
18.08.2018, 16:12

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”
18.08.2018, 15:59

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
18.08.2018, 15:12

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı

Belarusa yeni baş nazir təyin olundu
18.08.2018, 14:52

Belarusa yeni baş nazir təyin olundu

Gömrükdə külli miqdarda dərman aşkar edildi
18.08.2018, 14:49

Gömrükdə külli miqdarda dərman aşkar edildi

Kofi Annan vəfat etdi
18.08.2018, 13:56

Kofi Annan vəfat etdi

Axtarışda olan 36 nəfər saxlanıldı
18.08.2018, 13:53

Axtarışda olan 36 nəfər saxlanıldı

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi
18.08.2018, 13:32

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Biləsuvarda motosiklet aşdı, sürücü öldü
18.08.2018, 13:09

Biləsuvarda motosiklet aşdı, sürücü öldü

ARXİV