Modern.az

Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA: 50 yaşlı qadın 58 yaşlı qadını baltalayıb

Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA: 50 yaşlı qadın 58 yaşlı qadını baltalayıb

17 Fevral 2018, 09:54

Xəbər verdiyimiz kimi, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

        
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir