Modern.az

Millət vəkli jurnalistləri rayona aparıb

Millət vəkli jurnalistləri rayona aparıb

21 İyul 2011, 18:02

Azərbaycanda səfərdə olan Türkiyənin “Milliyət”, “Hürriyət”, “Zaman”, “Today’s Zaman”, “Haberturk”, “Radikal” qəzetlərini təmsil edən jurnalistlər bu gün Tovuzda olublar.

Onlar öncə qədim tarixə malik Tovuz qalasına baş çəkiblər. Sonra türkiyəli jurnalistlər Tovuzun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndində olublar. Burada da türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib və bildirilib ki, Ağdam kəndinin sakinləri neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlarını ziyarət edə bilmirlər.

Səfər millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutub.

O, deyib ki, qardaş ölkədən Azərbaycana gələn jurnalistlər burada gördüklərini öz ölkələrinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına ümidlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı