Modern.az

NATO-nun baş katibi qadın ola bilər

NATO-nun baş katibi qadın ola bilər

Aktual

17 Fevral 2018, 13:25

Tarixdə ilk dəfə NATO-nun baş katibi  qadın ola bilər.

Modern.az saytı xəbər verir ki, bu haqda nüfuzlu  “Die Welt” nəşrinin iddiasında bildirilir.  Qeyd olunur ki, Almaniyanın müdafiə naziri Ursula fon Lyayenin NATO-nun baş katibliyinə nazmizədliyinə baxlılır.

Qəzetin mənbələri bildirib ki, Türkiyə Lyayenin NATO-nun baş katibi olmasına qarşıdır. Məlumatda bildirildiyinə görə, Lyayen Türkiyənin gözləntilərini qarşılasa, rəsmi Ankara onun baş katib olmasına razı olar.

Qeyd edək ki, NATO-nun hazırki baş katib Yens Stoltenberqin səlahiyyət müddəti 2020-ci ildə bitir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir