Modern.az

Hafiz Hacıyev partiyasının rayon təşkilatlarına xüsusi tapşırıqlar verdi

Hafiz Hacıyev partiyasının rayon təşkilatlarına xüsusi tapşırıqlar verdi

21 İyul 2011, 18:33

Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin  üzvləri  ilə partiyanın rayon təşkilatlarının sədrlərinin bigə toplantısı kecirilib.

Modern.az xəbər verir ki, toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi məsələlər muzakirə edilib.

Toplantıda gündəlikdə duran əsas məsələ təşkilatlanmanın vəziyyəti, partiyanın növbəti kvartalda görəcəyi işlər olub. Partiyanın rayon təşkilatlarının sədrlərinin hesabatları dinlənilib. Ümumi nəticə kafi qəbul edilsə də, payızda siyasi proseslərin gərginləşəcəyini proqnozlaşdıran partiya funksionerləri tətil ayı olmasına baxmayaraq, təşkilat sədrlərinə xüsisi tapşırıqlar verib.

Tapşırıqların əsas mahiyyəti bundan ibarət olub ki, MMP rayon təşkilatları üzvlərinin  yeni siyahısını rəhbərliyə təqdim etsin, bununla yanaşı onlar yerli təşkilatlara yeni üzvlərin cəlb edilməsi üçün fəaliyyətlərini gücləndırməlidirlər, həmçınin ölkədə yaranacaq hər hansı siyasi duruma hazır olmalıdırlar.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!