Modern.az

Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsuluna nəzarətə imkan verəcək

Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsuluna nəzarətə imkan verəcək

17 Fevral 2018, 14:28

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.

Modern.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, dünyada qida təhlükəsizliyinin önəmi son illər əhəmiyyətli dərəcədə artıb. Buna adekvat olaraq Prezident İlham Əliyevin sərəncamına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu funksiyanın bir orqanda cəmləşməsinə gətirib çıxarıb.

“Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü.
Onlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi. Agentliyin yaradılması nəzarəti bir struktur çərçivəsində təmin etməklə yanaşı, həm də məhsul üzərində tarladan istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə şərait yaradacaq”, - deyə Heydər Əsədov bildirib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir