Modern.az

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   

17 Fevral 2018, 17:06

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 7 nəfərin  namizədliyinin irəli sürülməsinin təsdiqi məsələsinə baxıb. Və müraciətlərə müsbət cavab verilib.

Bununla da prezidentliyə namizədiliyi irəli sürülməsi təsdiq edilən şəxslərin sayı 12-yə çatıb.

 

Modern.az-ın məlumatına görə, növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənın şəxslər hələ ki bunlardır.


Azərbaycan prezidenti İlham Əliyev
- prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev -  prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə -  prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov  - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev  - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov -  prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır