21 sentyabr 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar +
17.02.2018, 21:09

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal günü anılıb. Modern.az xəbər verir ki,  Qaradağlı faciəsinin ildönümü ilə bağlı Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Qaradağlı kəndinin sakinləri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

 

Qaradağlı soyqırımı şahidləri “AZƏRTAC”a  26 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar. Kənd sakini Şamxal Şirinov deyib: “Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Lakin gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, “kamaz”a yığıb Xankəndi istiqamətində apardılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb bir çoxların güllələdilər. Sağ qalanları yenidən maşına yığıb Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Aprel ayının 1-də əsirlikdən azad edildik”.

 

Əsirlikdən qayıdandan sonra orduya yazılaraq Füzuli rayonunun 22 yaşayış məntəqəsinin azad edilməsində iştirak edən Şamxal Şirinov hər an Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.

 

Qaradağlı kəndinin digər sakini Seyyur Nağıyev həmin günləri belə xatırlayır: “1992-ci il fevral ayında möhkəm döyüşlər getdi. Qaradağlı kəndi mühasirədə idi. Kənddə müdafiə dəstəsi yaratmışdıq. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edirdi. Ermənilərin bizə gücü çatmırdı. Düşmən kəndi 366-cı alayın köməkliyi ilə işğal etdi. 118 nəfər kənd sakinini əsir götürdülər. Onlardan bir çoxunu qətlə yetirdilər. Öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqladılar. Əsirlərə işgəncələr verdilər”.

 

Erməni işğalçıları Qaradağlı kənd sakini Turab Hüseynovun ailəsindən dörd nəfəri qətlə yetiriblər. “Düşmən atamı, anamı, biri məktəbli olmaqla iki qardaşımı öldürüb. Şəhid ailəsi kimi, müharibəni görmüş bir insan kimi bildirirəm ki, torpaqlarımızı ancaq döyüş yolu ilə almalıyıq. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, ordumuz buna qadirdir. Biz Qaradağlı kəndinin sakinləri Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırıq”, – deyə T.Hüseynov bildirib.

Qeyd edək ki, 1992-ci il fevral ayının 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə qədim Azərbaycan kəndi olan Qaradağlıya hücum ediblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

 

Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO
21.09.2018, 18:01

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı   
21.09.2018, 17:53

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı  

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub
21.09.2018, 17:45

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB
21.09.2018, 17:33

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   
21.09.2018, 17:30

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.09.2018, 17:23

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Qanunsuz ov edən saxlanıldı 
21.09.2018, 17:20

Qanunsuz ov edən saxlanıldı 

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU 
21.09.2018, 17:18

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU 

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət nazirinin müavini ilə görüşüb
21.09.2018, 17:13

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət nazirinin müavini ilə görüşüb

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək
21.09.2018, 17:12

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək

“Yolu çəkən də bizik, yola xidmət göstərən də” - MÜSAHİBƏ    
21.09.2018, 16:50

“Yolu çəkən də bizik, yola xidmət göstərən də” - MÜSAHİBƏ  

Xaçmazda taxta sexinin icarədarı cərimələndi
21.09.2018, 16:42

Xaçmazda taxta sexinin icarədarı cərimələndi

“Nar”-dan tələbələrə ŞAD XƏBƏR 
21.09.2018, 16:27

“Nar”-dan tələbələrə ŞAD XƏBƏR 

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir
21.09.2018, 16:24

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı - FOTO
21.09.2018, 16:22

Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı - FOTO

Binəli Yıldırım Bakıda hədik payladı - VİDEO
21.09.2018, 16:18

Binəli Yıldırım Bakıda hədik payladı - VİDEO

Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ
21.09.2018, 15:53

Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ

AQTA maarifləndirir - İctimai iaşə obyektlərində sanitar normalar necə olmalıdır?
21.09.2018, 15:50

AQTA maarifləndirir - İctimai iaşə obyektlərində sanitar normalar necə olmalıdır?

Tullantılara görə bu şirkətlər cərimələndi
21.09.2018, 15:46

Tullantılara görə bu şirkətlər cərimələndi

Messi həftənin ən yaxşı oyunçusu seçildi
21.09.2018, 15:44

Messi həftənin ən yaxşı oyunçusu seçildi

517 milyon manat sığorta toplanıb
21.09.2018, 15:41

517 milyon manat sığorta toplanıb

Bakıda qadınlara qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı
21.09.2018, 15:40

Bakıda qadınlara qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  
21.09.2018, 15:37

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  

Bütün ermənilər orada idi
21.09.2018, 15:33

Bütün ermənilər orada idi

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” - DEPUTATLAR
21.09.2018, 15:30

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” - DEPUTATLAR

Bakıda tozlu havanın səbəbləri - nazirlik tikinti şirkətlərini də SUÇLADI
21.09.2018, 15:25

Bakıda tozlu havanın səbəbləri - nazirlik tikinti şirkətlərini də SUÇLADI

Neftçilәr Xәstәxanasının baş direktoru İSTEFA VERDİ
21.09.2018, 15:21

Neftçilәr Xәstәxanasının baş direktoru İSTEFA VERDİ

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR 
21.09.2018, 15:10

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR 

ARXİV