Modern.az

İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018, 11:46

İranda 4,3 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İRNA agentliyi Tehran Universitetinin Geofizika İnstitunun İran Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

 

Yeraltı təkanların episentri Semnan şəhərinin yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ yerli vaxtla saat 02:02-də qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı