Modern.az

"Qarabağ" Avroliqada qaldı, "Xəzər Lənkəran" ələndi

"Qarabağ" Avroliqada qaldı, "Xəzər Lənkəran" ələndi

22 İyul 2011, 09:43

İyulun 21-də Avroliqanın II təsnifat mərhələsinin oyunları keçirilib. Bu yarışda ölkəmizi "Qarabağ" və "Xəzər Lənkəran" klubları təmsil edirdi.

"Xəzər Lənkəran" Lənkəran şəhər stadionunda İsrailin "Makkabi" klubunu qəbul edib. Səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın evdə minimum 2 top üstünlüyü qalib gəlməliydi. Amma Lənkəran təmsilçisi doğma azarkeşlər önündə bunu bacarmayıb.
Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0. Bununla da "Xəzər Lənkəran" Avroliqa ilə vidalaşıb.

Digər təmsilçimiz "Qarabağ"ın isə Tofiq Bəhramov adına Respublika stadionunda Farer adalarının "Streymur" klubunu qəbul edib. Səfərdə rəqibi ilə 1:1-lik sülh bağlayan "Qarabağ" evdə rəqibini məğlub etmək istəyirdi. 

Lakin oyunboyu üstün futbol nümayiş etdirən Qurban Qurbanovun komandası bu görüşdə fərqlənə bilməyib – 0:0. Bununla belə. təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanıb. "Qarabağ" Avroliqanın III təsnifat mərhələsində Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyun iyulun 28-də səfərdə, cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

“Qarabağ” – “Streymur” - 0:0
Hakimlər: Qoran Spirkoski, İqor Şirilov, Kiril Neqrieski, Petar Veljanovski (hamısı Makedoniya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Marinus Den Enqelsman (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya 

"Streymur"un start heyəti: 1. Rene Torqard, 2. Aleks dos Santos, 3. Pauli Hansen, 4. Gert Ade Hansen, 6. Petue Dam Yakobson, 7. Levi Hansen, 8. Eqil Bo (k), 11. Hans Pauli Samuelson, 14. Daniel Udsen, 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen 

***

“Xəzər Lənkəran” – “Makkabi” - 0:0
Hakimlər: Andrey Şandor, Oleq Muravyov, Vladimir Volodin, Yaroslav Kozik (hamısı Ukrayna).
Hakim-inspektor: Nuno Kastro (Portuqaliya).
UEFA nümayəndəsi: Volf-Qanter Uyesel (Almaniya).
Lənkəran. Şəhər Mərkəzi stadionu

"Xəzər Lənkəran"ın start heyəti: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 7. Katalin Doman (Julius Vobay, 50), 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 16. Adrian Pit, 77. Marius Onofraş,  81. Rikardo Qomeş.

"Makkabi"nin start heyəti: 55. Qay Haimov, 2. Klemi Saban, 4. Nivaldo (k), 7. Gilyermo İsraileviç, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 14. Yoav Ziv, 16. Eliran Atar, 17. Savo Paviçeviç, 18. Mussa Kanate (Roberto Kolautti, 84), 25. Rafi Dahan.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır