Modern.az

Namizədlərdən 466-sı uğur qazandı

Namizədlərdən 466-sı uğur qazandı

18 Fevral 2018, 19:46

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 22 nəfəri imtahana gəlməyib.

 

İmtahan nəticələri saat 18:22-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Nəticələrinə əsasən BA1 altqrupu üzrə – 3 nəfər, BA2 altqrupu üzrə – 5 nəfər, BA3 altqrupu üzrə – 15 nəfər, BA4 altqrupu üzrə – 49 nəfər, BB1 altqrupu üzrə – 27 nəfər, BB2 altqrupu üzrə – 58 nəfər, BB3 altqrupu üzrə – 114 nəfər, BB4 altqrupu üzrə – 195 olmaqla, ümumilikdə 466 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 

Qeyd edək ki,  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. İmtahan təlimata uyğun olaraq kağız daşıyıcılar vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

 

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurmalıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı