Modern.az

Vəkillər Kollegiyası yeni ünvana köçür

Vəkillər Kollegiyası yeni ünvana köçür

18 Fevral 2018, 20:01

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni ünvanda fəaliyyət göstərəcək. Modern.az xəbər verir ki, qurum sabahdan fəaliyyətini yeni – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

 

Məlumata görə, yeni inzibati bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.

 

Bundan əlavə, yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün lazımi şərait yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi