Modern.az

Gənclər üçün Media Məktəbi yaradılır

Gənclər üçün Media Məktəbi yaradılır

Qarabağ

25 Noyabr 2009, 13:14

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən “Gənclər üçün Media Məktəbi”nin yaradılması işinə start verib.  

Məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır.

Qurumun mətbut xidmətindən Modern.az saytına verilən məlumata görə, gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamətlər vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən məktəb ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq edəcək.

Məktəb üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün seminarlar, görüşlər, master klasslar, təlimlər və praktiki məşğələlər təşkil edəcək. Eləcə də Məktəbin xüsusi nəşrləri də hazırlanacaq.

Qeyd edək ki, Məktəbin əsas hədəf qrupu yaşı 18-dən 29-dək olan gənclərdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər