Modern.az

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar  

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar   

18 Fevral 2018, 21:14

Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib. Azərbaycanın Dostları Assosiyasiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan Dostları Assosiasiyasının (ADA) icra şurası, Fransanın Udan şəhərində növbəti Parisdən kənar iclasını keçirib. İclasa ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyeva başçılıq edib.

Assosiasiyanın prezidenti, sessiyanı açaraq icra şurası üzvlərinə və Udan şəhərinin meri, ADA -nın üzvü, Jan-Mari Tetara assosiasiyanın idarə heyətini öz şəhərinə qonaq dəvət edərək, iclasın həyata keçirilməsində dəstəyinə görə təşəkkürünü bildirib.

 

J.F. Mansel sessiyanın gündəminə daxil olan iş planını iclas heyətinə təqdim edib. Sessiya zamanı yeni idarə heyəti üzvlərinin seçilməsi,  baş assambleya zamanı təsdiqlənmiş 2018-ci il üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi haqqında müzakirələr gündəmə daxil olan əsas məsələlərdən idi.

 

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib.

 

Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, vitse prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist, Jan Pyer Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə seçilib.

 

Assosiasiyanın ötən il ərzində fəaliyyətini isıqlandıran  məlumat xarakterli layihə sessiya üzvlərinə təqdim olunub. Yarandığı gündən görülən işlər sayəsində ölkəmizin Fransada yaxından tanınmasında böyük rolu olan assosiasiyanın fəaliyyətini icra şurası üzvləri yüksək qiymətləndiriblər.

 

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulan proqram və layihələrinin müzakirəsinə başlanılıb. ADA fəaliyyətinin daha da inkişaf etməsi üçün müəyyən strategiya və direktivlər nəzərdən keçirilib,  şura üzvlərinin təklifləri dinlənilib. Jan–Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.

 

Daha sonra mer J.M Tatar  Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə məlumat verib.

 

ADA deleqasiyası şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır