Modern.az

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib

18 Fevral 2018, 22:21

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib. Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

21:49

 

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir