Modern.az

Ucarda avromobil su kanalına aşdı

Ucarda avromobil su kanalına aşdı

18 Fevral 2018, 23:24

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 1990-ci il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...