Modern.az

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır

Aktual

19 Fevral 2018, 00:27

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Modern.az “Report”a istinadən xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar.

 

Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) bürünc medal qazanıb.

 

Beləliklə, yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

 

Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb.

 

İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir