Modern.az

Qar uçqunu iki nəfərin həyatına son qoydu

Qar uçqunu iki nəfərin həyatına son qoydu

Dünya

19 Fevral 2018, 00:57

Fransada qar uçqunu iki nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Savoyya departamentinin dağlıq ərazisində baş verib. Qar uçqunu nəticəsində iki nəfər həyatını itirib.

Məlumata görə, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.

 

BFM telekanalının məlumatına görə, qar uçqunu 3 min metrdən çox yüksəklikdə baş verib.

 

Xilasedicilər ata və qızının cəsədini 2 min 930 metr yüksəklikdə tapıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir