18 oktyabr 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Deputat: “Başqa seçim etməyə haqqım yox idi” - MÜSAHİBƏ  
Deputat: “Başqa seçim etməyə haqqım yox idi” - MÜSAHİBƏ  
19.02.2018, 11:20

Eldəniz Səlimov: “Kimlərsə deputatlarla məmurların arasını vurumaqla, bulanıq suda balıq tutmaq sevdasına düşür”


Xaçmaz şəhər 55 saylı seçki dairəsinin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü  Eldəniz Səlimov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

- Mən, Səlimov Eldəniz Adil oğlu 1976-cı ilin oktyabr ayının 2-də Xaçmaz şəhərində anadan olmuşam. 1983-93-cü illərdə Xaçmaz şəhəri 45 saylı orta məktəbdə oxumuşam və orta məktəbi tərifnamə ilə bitirmişəm. 1993-98-ci illərdə Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin əyani şöbəsini bitirmişəm. 2000-ci ildə Vergilər Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə işə qəbul olunmuşam. 2002 -ci ilin yanvar ayından 1 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ), 2002-ci ilin noyabr ayından 2010-cu ildək 3 saylı Ərazi Vergilər İdarəsində  böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifəsində işləmişəm. Bundan sonra bir müddət bank sektorundə rəhbər vəzifədə çalışmışam.
2014-cü ilin əvvəlindən 2015-ci ilin parlament seçkilərinə kimi isə Xacmaz rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndə vəzifəsində işləmişəm. 2000-ci ildən, 24 yaşımdan hakim patiyanın- YAP-ın üzvüyəm.
2015-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Xaçmaz rayonunun sosial -iqtisadi həyatında xitmətlərə görə "Tərəqqi" medalı ilə təltif olunmuşam. 2015-ci ilin noyabr ayında isə Xaçmaz rayonundan 5-ci çağırış Milli Məclisin üzvü seçilmişəm. Xaçmazı parlamentdə təmsil edən iki millət vəkilindən biriyəm. Hazırda parlamentin Aqrar siyasət komitəsinin üzvüyəm.

- Necə oldu ki, deputat olmaq qərarı verdiniz?

- Qeyd etdiyim kimi, 2000-ci ildən, 24 yaşımdan ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və yaranmasından da cəmi bir il sonra hakimiyyətə gələn, hakimiyyətə gəldiyi 25 il ərzində də Azərbaycanımızı zəfərlərdən zəfərlərə aparan bir partiyanın, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu partiyanı da seçərkən təbii ki, Heydər Əliyev siyasətinə, siyasi kursuna ürəkdən bağlılığım, Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətim mühüm rol oynayıb. Çünki Azərbaycanın bugünkü mövqeyə gəlib çatması, imzalar içində imzasının olması bu böyük şəxsiyyətinin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycandan da əsər-əlamət olmazdı. Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək mümkün deyil. Yəni Azərbaycan xalqının böyük əksəriyyət kimi, mənim başqa seçim etməyə haqqım yox idi və 2000-ci ildə də bu seçimi etmişəm, bu seçimimlə də fəxr edirəm. Fəxr edirəm ki, Heydər Əliyevin adı ilə bağlı bir partiyanın üzvü, əsgəriyəm. Eyni zamanda, fəxr edir və qürur hissi keçirirəm ki, bu gün YAP-a, bütövlükdə Azərbaycanımıza İlham Əliyev kimi müdrik və uzaqgörən bir siyasət, dövlət adamı rəhbərlik edir. İlham Əliyevin rəhbərlik etdiyi bir dövlətin, müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürurlanmamaq mümkün deyil. Təbii ki, seçkilərə qatılanda da bu qərarı öz-özümə, təkbaşına verməmişdim. Partiyamızın müvafiq srtukturları, YAP-ın rəhbərliyi mənim namizədliyimi irəli sürməyimi məsləhət bilmişdi və qərara almışdı. Görünür, burada da mənim 15 il ərzində YAP-da keçdiyim yol, fəaliyyətim nəzərə alınmışdı. Buna görə də cənab Prezidentimiz və sədrimiz İlham Əliyev başda olmaqla, YAP rəhbərliyinə, partiyanın seçkili orqanlarına, o cümlədən, mərhum ulu öndərimizin ən yaxın silahdaşlarından olan Xacmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə çox minnətdaram, onlara mənə göstərdikləri böyük etimada görə sonsuz təşəkkürlərimi çatdırıram. Eyni zamanda, sadə xaçmazlılara, mənə səs verən insanlara, seçicilərə bir daha dərin minnətdarlığımı bildirirəm. Məhz onları səsi, dəstəyi sayəsində deputat seçilmişəm və 3 ildir ki, bu şərəfli adı -millət vəkili adını daşıyıram. Deputat seçildiyim ötən dövr ərzində də çalışmışam ki, seçiçilərimin, xaçmazlıların, partiyamızın mənə olan böyük etimadını doğruldum. Buna da nə qədər nail olmuşam, yəqin ki, seçiçilərim daha dəqiq deyə bilər, mənim deməyim bir az düzgün çıxmaz...


- Bir çox hallarda seçicilərin deputatdan xüsusi istəkləri də olur ki, bu da doğru qarşılanmır. Hətta övladına toy etmək, qızına cehiz almaq istəyən seçici də deputatın qapısını döyür. 
Sizə də ötən üç il ərzində bu cür müraciətlər olubmu? Ümumiyyətlə, seçiciləriniz tərəfindən Sizə daha çox hansı məsələlərlə bağlı müracilətlər olur?

- Bilirsiniz, insanlar müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü olduğu üçün, istəkləri, arzuları da müxtəlif olur, bir-birindən fərqlənir. Təbii ki, bunları da səbrlə, anlayışla qarşılamaq lazımdır. Üstünə böyük ümidlərlə gələn insanların xahişlərini geri çevirmək, onları qəlbini qırmaq da düzgün olmaz. Sadəcə, nəyi etmək mümkündürsə, onu reallaşdırmaq, baş tutması mümkün olmayan, həllinə sənin gücün yetməyən və yetməyəcək xahişə gələn, problemlərinin bir andaca həll olunmasını istəyən insanlara da bunları anlayışlı şəkildə səbrlə başa salmaq lazımdır. Kimliyindən, nə xarakteli müraciət etməsindən asılı olmayaraq, heç kəsə kobud rəftar etmək, onu kənara atmaq olmaz. Bu, millət vəkilliyi ilə bir sığan gələn məqamlar deyil. Deputat millətinin vəkilidir və vəkili də olmalıdır. Bu adı uca tutmalı, şərəflə daşımalıdır. Odur ki, mənə edilən müraciətlərə də səbrlə, həssaslıqla, diqqətlə yanaşmağa çalışıram. Nəyi etmək mümkündürsə, nəyə gücüm çatırsa, onu da etməyə, əlimdən gələn köməkliyi də əsirgəməməyə səy göstərirəm. Təbii ki, elə məsələlər və məqamlar da olur ki, onların həlli mənim imkanlarım və səlahiyyətlərim daxilində olmur. Ancaq bütün hallarda çalışıram ki, mənə edilən müraciətlərin həllinə nail olum, həmin müraciətlərin həllini diqqət mərkəzində saxlayım...

- Bəs müraciətlər öz həllini tapırmı?

- Elə bilirəm ki, buna yuxarıdakı sualın cavabında cavab verə bildim. Yenə təkrar olaraq bildirmək istəyirəm ki, mənə nə xarakterli müraciət olmasından və kimlər tərəfindən edilməsindən asılı olmayaraq, hamısına diqqət yetirməyə, onların həllinə nail olmağa çalışıram. Nail olduqlarım da olur, olmadıqlarım da. Seçicilərim mənim üçüm çox əziz və çox qiymətlidir. Mən onların sayəsində bu uca mərtəbəyə yüksəlmişəm və bu baxımdan da, seçicilərimə xidmət etməkdən, onların etimadını doğrultmaqdan ötrü əlimdən gələni əsirgəməməyə çalışıram.

- Ölkənin sosial, iqtisadi və siyasi həyatında deputatın rolunu necə görürsünüz?

-  Millət vəkili heç də təkcə seçildiyin bölgənin, dairənin təmsilçisi olmaq demək deyil, o, həm də Azərbaycan insanının, Azərbaycan seçicilərinin bütövlükdə parlamentdəki səsi, tribunası deməkdir. Millət vəkili bütövlükdə ölkəsinin taleyi ilə bağlı, yəni, onu maraqlandıran, onu narahat edən məsələlərin həllində ən öndə olmalıdır. Həm seçicisini parlamentdə ləyaqətlə, həm də ölkəsini, dövlətini beynəlxalq arenada, üzv olduğu beynəlxalq qurumlarda layiqincə təmsil etəmlidir. Seçicisinin, xalqının, dövlətinin danışan dili, görən gözü olmalıdır. Millət vəkili bütün məsələlərdə və sahələrdə ölkəsinin, dövlətinin inkişafına öz töhfəsini verməlidir, yaxasını kənara çəkib, "bu, mənə aid deyil", deməməlidir...


- Eldəniz müəllim, Azərbaycan parlamenti bu gün gərgin iş qrafiki əsasında fəaliyyət göstərir. Millət vəkili olaraq necə düşünürsünüz, Milli Məclis qarşıdakı dövrdə daha hansı qanun layihələri üzərində işləməlidir?

- Azərbaycan parlamentinin, Milli Məclisin ölkə həyatında mühüm yeri və rolu var. Parlament hakimiyyət qolunun, hakimiyyət bölgüsünün ən mühüm həlqələrindən birdir. Yəni ölkədə həyata keçirilən islahatların, ölkənin inkişafı ilə bağlı bütün məsələlərin hüquqi bazasının formalaşdırılması məhz bu ali qanunvericilik orqanından asılıdır. Elə hesab edirəm ki, bu, əslində belədir - Milli Məclis də fəaliyyət göstərdiyi ötən illər ərzində öz üzərinə düşən vəzifələrin, şərəfli missiyanın öhdəsindən uğurla və layiqincə gələ bilib. Demək olar ki, bütün sahələr və bütün məsələlər üzrə qanunlar, məcəllələr qəbul olunub, mühüm və vacib əhəmiyyətli beynəlxalq konvensiyalar, sazişlər ratifikasiya olunub və dövrün reallıqlarından irəli gələn məsələlələrlə bağlı həm qanunvericiliyə mütəmadi əlavə və dəyişiklər olunur, həm də ehtiyac yarandığı təqdirdə, yeniləri hazırlanıb, müzakirələrə çıxarılıb. Yəni, demək olar ki, ölkənin çox modern, mütərəqqi, təkmil qanunvercilik bazası formalaşıb. Amma yenə də qeyd edirəm, həyat bir yerdə dayanmır, inkişaf, tərəqqi, dinamiklik, novatorluq tələb edir və bunlar da ali qanunverici orqan olan Milli Məclis tərəfindən izlənilir, nəzərə alınır. Bununla belə, hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsinin hazırlanıb, müzakirələrə çıxarılmasına ehtiyac var. Bu yöndə fikirlərimi bildirmişəm və bir daha bildirmək istəyirəm ki, belə bir sənədin olması çox vacibdir. İnanıram ki, yaxın gələcəkdə də bu sənədin müzakirəsinə və qəbuluna nail olunacaq. Eyni zamanda, başqa bir neçə qanun layihəsinin qəbulunu arzulayır və hesab edirəm ki, onlar da zamanında bir-bir reallaşacaq. Tələsmək lazım deyil.

- Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüsünüz. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirmək üçün sizcə daha hansı addımlar atılmalıdır? Sizin bu sahə ilə bağlı təklifləriniz nədir?

- Komitəmiz parlamentin ən mühüm və ən fəal, ən işlək komitələrindən biridir. Bu komitədə ölkəmizlə, onun inkişafı ilə bağlı elə bir məsələ olmur ki, müzakirə olunmasın. Komitəmizin iclaslarında, fəaliyyətində ölkəmizi, insanlarımızı maraqlandıran bütün məsələlərlə bağlı geniş və ətraflı müzakirələr, fikir mübadilələri aparılır. Komitəmizə də çox təcrübəli, çox müdrik və ağsaqqal bir insan - Eldar İbrahimov rəhbərlik edir. Onun rəhbərlik etdiyi komitənin üzvü olmaqdan da qürur hissi keçirirəm. Komitəmiz ölkənin kənd təsərrüfatının, aqrar sektorun inkişafına da nələr lazımdırsa, onu etməyə, bu yöndə qanunvericilik bazasını da zənginləşdirməyə çalışır. Hər sessiyada da demək olar ki, ölkəmizin arqar sektorunun inikaşafına kömək edəcək, töhfə verəcək qanun layihələri, müvafiq qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları hazırlanır, müzakirələrə çıxarılır, plenar iclaslara tövsiyə olunur və qəbul olunur. Bu yöndə işlər gələcək dövrlərdə də davam etdiriləcək. Hazırda da bir neçə yeni qanun layihəsi üzərində çalışılır ki, onlar da aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verəcək.

- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir?

- Təbii ki, normal. Necə də olmalıdır ki?! Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var. Aralarında hətta, dostluq, yoldaşlıq etdiklərim də var. Yəni, bütün həmkarlarıma hörmətlə, ehtiramla yanaşmağa çalışıram, təbii ki, onlar da mənə eyni münasibəti sərgiləyirlər. Yəni, hamısından razıyam.


- Yeni seçilən deputatların çox az qismi mediaya açıqdır. Bunun səbəbləri nədir? Deputat niyə mediadan çəkinməlidir ki?

- Mən bu fikirlə razılaşmıram. Hesab edirəm ki, istər bir neçə çağırış parlament üzvü olan həmkarlarım. İstərsə də yeni seçilən həmkarlarım kifayət qədər mediaya açıqdırlar. Hər gün mediada olmaq olmaz ki? Millət vəkilləri çox ciddi işlərlə məşğuldurlar, bəzən sadəcə, vaxtları, imkanları çatmır ki, mediada görünsünlər. Onları da başa düşmək, anlayışla qarşılamaq lazımdır. Həm də hər kəs özünə cavabdehdir, öz adından danışmalıdır. Mən bu məsələdə kiminsə adından danışa bilmərəm ki?! Şəxsən mən özüm mediaya açıq insanam və ciddi, peşəkar medianı, jurnalistləri yüksək qiymətləndirir, onları hər zaman dinləməyə, onları maraqlandıran məsələləri daim zamanım, imkanım daxilində cavablandırmağa çalışıram.

- Adətən millət vəkilləri ilə yerli icra hakimiyyətləri, bir sıra dövlət orqanları və məmurlar aralarında soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Əslində bu yöndəki iddialar və fikirlərlə də razılaşmıram. Kimisə tənqid etmək, kiməsə irad bildirmək o demək deyil ki, ortada nəsə şəxsi anlaşılmamazlıq, soyuqluq və sairə var. Bunlar qətiyyən belə deyil. Əslində kimlərsə bunu belə göstərməyə, insanları səhv istiqamətə meyilləndirməyə, yanlış məlumatlandırmağa çalışır, bulanıq suda balıq tutmaq sevdasına düşür. Bu məsələdə də təbii ki, qeyri-peşəkar medianın, "reket" adlandırılan və jurnalistikadan bixəbər "jurnalistlərin" "əməyi" göz qarşısındadır. Onlar daha çox öz şəxsi və cılız maraqları naminə millət vəkilləti ilə məmurlar arasında soyuqluq münasibətlərinin olduğunu cəmiyyətə sırımağa çalışırlar. Amma təbii ki, ağı qaradan seçməyi bacaran insanlar onların toruna düşmür, əsl həqiqətin nədən ibarət olduğunu gözəl bilirlər.
Şəxsən mənim millət vəkili olduğum bu illər ərzində hansıa dövlət qurumu və ya dövlət məmuru ilə heç bir problemim olmayıb. Hər zaman onlardan özümə qarşı diqqət, hörmət görümüşəm. Eyni zamanda, uzun illərdir ki, Xacmaz rayonuna rəhbərlik edən icra başçımız Şəmsəddin Xanbabayevlə çox gözəl. səmimi münasibətlərimiz var. O, təkcə icra başçısı deyil, həm də müdrik insan, bir el ağsaqqalıdır. Onunla bir müddət bir yerdə çalışmışam və kadrlara, peşəkarlara, gənclərə necə böyük diqqət və qayğı ilə yanaşdığının canlı şahidi olmuşam. Onunla işləmək adama ayrı bir zövq, ləzzət verir. Şəmsəddin müəlimi həm də ulu öndərimizin ən yaxın silahdaşlarından biri olub. Heydər Əliyevin ən çətin günlərində onunla birgə, çiyin-çiyinə addımlayıb. Şəmsəddin müəllim tez-tez ulu öndər barədə xatirələrini bizimlə bölüşür. Yəni, demək istəyirəm ki, bu yöndə səslənən iddiaları əsaslı hesab etmirəm və əslində də inkişaf olan yerdə problemlərin, müəyyən söz-söhbətlərin də olması qaçılmazdır. Amma sadəcə, bunları qərəzkarlıqla, şəxsi prizmadan yanaşmaqla təqdim etmək, heç nədən qalmaqal yaratmaq lazım və doğru deyil.


- Münasib bilirsinizsə, ailəniz haqqında da danışardınız.

- Atam Adil Səlimov dəmiryolçudur. Ömru boyu dəmiryolunda işləyib. Peşəsini sevməyi, işinə məsuliyyətlə yanaşmağı da məhz atamdan öyrənmişəm. Anam  isə evdar qadındır. Hər zaman fəxt etmişəm və bu gün də fəxr edirəm ki, belə bir ailənin övladıyam.
2003-cü ildə ailə həyatı qurmuşam. İki övlad atasıyam. Bir oğlum, bir qızım var. Oğlum 7-ci sinifdə, qızım isə 4-cü sinifdə oxuyur.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın gənc cüdoçusu dünya çempionu oldu
18.10.2018, 01:01

Azərbaycanın gənc cüdoçusu dünya çempionu oldu

365 milyon dollarlıq yumruq
18.10.2018, 00:46

365 milyon dollarlıq yumruq

Qoxu və stress sensorları təqdim edildi
18.10.2018, 00:32

Qoxu və stress sensorları təqdim edildi

Britaniya parlamenti yaxınlığında tapılan əşya partladıldı – YENİLƏNİB
18.10.2018, 00:21

Britaniya parlamenti yaxınlığında tapılan əşya partladıldı – YENİLƏNİB

Müstəqilliyimizin bərpasının 27 illik tarixi...
18.10.2018, 00:03

Müstəqilliyimizin bərpasının 27 illik tarixi...

Cəlilabadda hasar fəhlələrin üstünə aşdı: 1 ölü, 1 yaralı
17.10.2018, 23:51

Cəlilabadda hasar fəhlələrin üstünə aşdı: 1 ölü, 1 yaralı

Prezidentə sui-qəsd oldu
17.10.2018, 23:34

Prezidentə sui-qəsd oldu

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.10.2018, 23:22

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Putin yenidən Türkiyəyə gedir
17.10.2018, 23:11

Putin yenidən Türkiyəyə gedir

İran-Pakistan sərhədində güclü zəlzələ
17.10.2018, 22:45

İran-Pakistan sərhədində güclü zəlzələ

“Winamp” illər sonra geri qayıdır
17.10.2018, 22:31

“Winamp” illər sonra geri qayıdır

“Türkmənistanın BTQ-yə qoşulması Azərbaycanla əlaqələri möhkəmləndirəcək” - Hacıbala Abutalıbov   
17.10.2018, 22:17

“Türkmənistanın BTQ-yə qoşulması Azərbaycanla əlaqələri möhkəmləndirəcək” - Hacıbala Abutalıbov  

İtaliya Senatının sədri Azərbaycana gəlib
17.10.2018, 22:03

İtaliya Senatının sədri Azərbaycana gəlib

Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
17.10.2018, 21:53

Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib

Badamdardakı sürüşmə sahəsində yenidən uçqun oldu
17.10.2018, 21:37

Badamdardakı sürüşmə sahəsində yenidən uçqun oldu

“QHT-lərə Dövlət Dəstəyi Şurası- 10 il” - VİDEO
17.10.2018, 21:28

“QHT-lərə Dövlət Dəstəyi Şurası- 10 il” - VİDEO

Azərbaycan Qırğızıstanla turizm sahəsində birgə müəssisə yaradır
17.10.2018, 21:12

Azərbaycan Qırğızıstanla turizm sahəsində birgə müəssisə yaradır

Məktəblilər həyatlarını belə təhlükəyə atır - VİDEO
17.10.2018, 20:57

Məktəblilər həyatlarını belə təhlükəyə atır - VİDEO

İsraildən Qəzzaya qarşı yeni addım
17.10.2018, 20:43

İsraildən Qəzzaya qarşı yeni addım

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
17.10.2018, 20:30

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanla  Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb
17.10.2018, 20:16

Azərbaycanla  Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb

İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq
17.10.2018, 20:03

İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər
17.10.2018, 19:55

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər
17.10.2018, 19:42

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər

Səudiyyənin İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı
17.10.2018, 19:29

Səudiyyənin İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Bakıda 50 yaşlı qadın itkin düşdü
17.10.2018, 19:16

Bakıda 50 yaşlı qadın itkin düşdü

Putin Türkiyəyə səfər edəcək
17.10.2018, 19:05

Putin Türkiyəyə səfər edəcək

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb
17.10.2018, 18:54

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər
17.10.2018, 18:45

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi
17.10.2018, 18:36

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi

Azərbaycanın Avstraliyadakı fəxri konsulu geri çağırıldı
17.10.2018, 18:25

Azərbaycanın Avstraliyadakı fəxri konsulu geri çağırıldı

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı
17.10.2018, 18:18

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı

Prezident akademiklərə 2000 manat maaş kəsdi
17.10.2018, 18:07

Prezident akademiklərə 2000 manat maaş kəsdi

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb
17.10.2018, 18:02

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

ARXİV