Modern.az

"Xəzər-Lənkəran"ın legionerləri qovuldu

"Xəzər-Lənkəran"ın legionerləri qovuldu

22 İyul 2011, 11:41

Dünən keçirilən Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması olan “Xəzər Lənkəran” – “Makkabi” oyunundan sonra klub rəhbərliyinin iclası keçirilib. 

Klubun rəsmi saytı xəbər verir ki, iclasda növbəti mövsüm üçün klubun strategiyası və planları təyin olunub. Müzakirələrin nəticəsində klubun gələcəyinin yerli gənc futbolçularla bağlanması daha məqsədəuyğun hesab edilib. Bununla əlaqədar klub legioner və bir sıra yerli futbolçularla yollarını ayırmaq qərarına gəlib.
 
Qərara əsasən, legionerlərə xərclənən vəsait bundan sonra gənc futbolçuların yetişdirilməsinə, aşağı yaş qruplarının təkmilləşməsinə yönəldiləcək ki, bunun da məqsədi “Xəzər Lənkəran”ın gələcəyinə və yerli futbolçuların inkişafına daha böyük töhfə verməkdir.
 
Klub rəhbərliyi bu strategiyanı yeganə doğru yol hesab edərək inanır ki, atılan bu addım “Xəzər Lənkəran”ın və Azərbaycan futbolunun ümumi inkişafına öz töhfəsini verəcək və sadiq azarkeşlər tərəfindən düzgün qarşılanacaq.

Qeyd edək ki, klubun rəsmi saytı göndərilən futbolçuların adlarını açıqlamayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir