Modern.az

Milli Məclis dünya parlamentlərinə müraciət edəcək  

Milli Məclis dünya parlamentlərinə müraciət edəcək   

19 Fevral 2018, 12:26

Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclas keçirəcək.

 

Xüsusi iclasın yekununda Azərbaycan Respublikasının Milli Məclisi adından dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlanacaq.

 

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir