Modern.az

Parlament Jurnalistləri Birliyi və BDU “Mətbuat ensiklopediyası” hazırlayacaq

Parlament Jurnalistləri Birliyi və BDU “Mətbuat ensiklopediyası” hazırlayacaq

22 İyul 2011, 11:51

Parlament Jurnalistləri Birliyi Bakı Dövlət Universiteti ilə birgə milli KİV tariximizin əks olunacağı böyük bir layihənin icrasına başlamaq niyyətindədir. Bu barədə Modern.az-a PJB sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, “Mətbuat Ensiklopediyası” adlanan layihə çərçivəsində çap olunacaq eyni adlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda “Əkinçi” qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunumuş qəzetlər və bu qəzetlərə rəhbərlik edən baş redaktorlar barədə ensklopedik məlumat əksini tapacaq.

“Mətbuat Ensiklopediyası” layihəsilə bağlı Bakı Dövlət Unversitetinin Jurnalistika fakültəsi ilə Parlament Jurnalistləri Birliyi arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust aygnda təsdiq ediləcəyi gözlənilir.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!