Modern.az

Evdə külli miqdarda narkotik vasitə gizlədən Sabirabad sakini saxlanıldı

Evdə külli miqdarda narkotik vasitə gizlədən Sabirabad sakini saxlanıldı

19 Fevral 2018, 14:34

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır