Modern.az

Əsəd qüvvələri Afrinə daxil olmağa hazırlaşır

Əsəd qüvvələri Afrinə daxil olmağa hazırlaşır

Dünya

19 Fevral 2018, 17:18

Suriya Xalq Qüvvələrinin döyüşçüləri yaxın vaxtlarda YGP-nin nəzarətində olan Afrin şəhərinə daxil olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya rəsmiləri bu addımı türk ordusu ilə mübarizədə yerli kürd dəstələrinə dəstək məqsədilə etdiklərini bildirib.

 

Xatırladaq ki, ərəb mediası ötən gün Əsəd rejimi ilə kürd dəstələri arasında razılaşmanın əldə olunduğunu yazıblar. Bu razılaşmaya görə, Əsəd hökumət qoşunları türk ordusunun irəliləməsinin qarşısını almaq üçün Afrinə və ətraf ərazilərə daxil olacaq.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...