Modern.az

Ərdoğan və Putin Afrin məsələsini müzakirə ediblər

Ərdoğan və Putin Afrin məsələsini müzakirə ediblər

19 Fevral 2018, 18:20

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Modern.az-ın məlumatına görə, danışıqlar zamanı Suriya məsələsi müzakirə olunub.

Qeyd olunur ki, hər iki prezident Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını və İdlib əyalətinin Suriya deeskalasiya zonasında müşahidə məntəqlərinin ucaldılmasını müzakirə edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi