Modern.az

Paytaxtda qadın meyiti tapıldı

Paytaxtda qadın meyiti tapıldı

19 Fevral 2018, 20:14

Səbaildə qadın meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytıa istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan qadın meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi