Modern.az

Ukrayna ilə Rusiya arasında növbəti  gərginlik

Ukrayna ilə Rusiya arasında növbəti  gərginlik

19 Fevral 2018, 21:09

Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Ukrayna tərəfinə ötən gün Kiyevdə “Rossotrudniçestvo” Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, fevralın 17-18-də bir qrup radikal Kiyevdə “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və “Sberbank”a hücum edərək qurumların binalarına ziyan vurublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi