Modern.az

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə qatılacaq

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə qatılacaq

19 Fevral 2018, 21:17

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək. Modern.az  xəbər verir ki, superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

 

Yarışda, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

 

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır