Modern.az

Azay Quliyev Vyanaya gedir

Azay Quliyev Vyanaya gedir

Aktual

19 Fevral 2018, 21:26

Milli Məclisin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu gün Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedəcək. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xdiməti məlumat yayıb.

 

Deputatımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edəcək və sessiyanın gündəliyində olan aidiyyatı məsələlər haqqında çıxış edəcək.

 

Azay Quliyev fevral ayının 22-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına qatılacaq. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi, bu ilin martın 13-14-də Azərbaycan Respublikasının Milli Məclisi ilə birlikdə Bakıda təşkil olunacaq “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.

 

Səfər fevralın 24-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir