Modern.az

Ərdoğan iranlı həmkarı ilə Afrindəki vəziyyəti müzakirə etdi

Ərdoğan iranlı həmkarı ilə Afrindəki vəziyyəti müzakirə etdi

Dünya

19 Fevral 2018, 21:51

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə ediblər. O cümlədən Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı fakir mübadiləsi aparılıb. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər