Modern.az

Tələbələrdən rəsmi Vaşinqtona etiraz

Tələbələrdən rəsmi Vaşinqtona etiraz

Aktual

19 Fevral 2018, 22:59

Bu gün bir qrup tələbə və şagird Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları Ağ Evin qarşısında üç dəqiqə ərzində yerdə uzanaraq hökuməti silah satışlarına dair qanunlara dəyişiklik etməyə çağırıblar. Bununla da iştirakçılar ötən həftə Florida ştatında törədilmiş silahlı insident zamanı qısa müddətdə xeyli sayda insanın həlak olması və yaralanmasını ifadə etməyə çalışıblar.

 

Qeyd edək ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən üç dəqiqə ərzində törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını “AR-15” avtomat tüfəngi ilə törədib. Bu gün yayılmış yeni məlumata əsasan, qətliamdan qabaq Kruz 10 ədəd “AR-15” avtomat tüfəngi almağa nail olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi