Modern.az

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır

Aktual

19 Fevral 2018, 23:59

Nazirlər Kabinet "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərar verib. Modern.az APA-ya istinadən xəbər verir ki,  bu əraziləri alan orqan kimi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

 

Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə, 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınacaq.

 

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

 

Qeyd edək ki, həmin küçə və prospektlər  Yasamal rayonunun "Sovetski" adlanan ərazisinə daxildir və "Sovetski"dən köçürülmə ilə bağlı ikinci mərhələni əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!