Modern.az

Güclü yağış Bakıda iki evin damını çökdürdü

Güclü yağış Bakıda iki evin damını çökdürdü

20 Fevral 2018, 01:01

İki gündür yağan intensiv yağış Bakıda iki evin damının çökməsinə səbəb olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanlı fərdi yaşayış evlərində qeydə alınıb.

Həmin mənzillərdə və eləcə də ətraf tikililərdə əsasən Zəngilan rayonundan olan məcburi köçkün ailələri məskunlaşıb. Damı çökən bir-birinə bitişik mənzillərdə  bu rayondan olan iki ailə yerləşib. Burada evlər terras bənzər şəkildə tikildiyindən, yuxarıdakı evlərin həyətində çatlar  yaranıb. Ev sahibi Akif Qurbanovun sözlərinə görə, yağış suları tədricən torpaq qatını yuyub və nəticədə ağırlıq günorta saatlarında bu iki evin damının içəriyə doğru çökməsinə səbəb olub.

Evlərdə yaşayış təhlükəli hesab edildiyindən ətrafda FHN-in əməkdaşları tərəfindən xüsusi lent çəkilib. Ərazidə əvvəllər buna bənzər hal yaşanmasa da, bundan sonra da sürüşmə faktının qeydə alınmayacağı istisna edilməyib. Baş vermiş hadisə Səbail rayon İcra Hakimiyyəti tərəfindən  qeydə alınıb və evləri çökən hər iki ailə nəzarətə götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...