Modern.az

Çempionlar Liqasında bu gün: “Bavariya”-“Beşiktaş”, “Barselona”-“Çelsi”  

Çempionlar Liqasında bu gün: “Bavariya”-“Beşiktaş”, “Barselona”-“Çelsi”   

Aktual

20 Fevral 2018, 08:31

Çempionlar Liqasının 1/8 finalının ilk oyunları davam edir.Modern.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Mühnenə yönələcək. Burada “Bavariya” Türkiyənin “Beşiktaş” klubunu qəbul edəcək. Cütün favoriti Almaniya klubudur. Bununla belə, Şenol Günəşin komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri isə Londonda keçiriləcək. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.


20 fevral

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

23:45. “Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)

23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır