Modern.az

Azərbaycanda axtarışda olan 41 nəfər saxlanılıb  

Azərbaycanda axtarışda olan 41 nəfər saxlanılıb   

20 Fevral 2018, 08:33

Daxili İşlər Nazirliyi fevralın 19-dan 20-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

        
Axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

        
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. 

        
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

        
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir