Modern.az

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI  

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI   

20 Fevral 2018, 08:34

Adətən yaşla təcrübənin düz mütənasib olduğunu deyirlər. Bu baxımdan tədris ocaqlarında yaşı yuxarı olan müəllimlərə xüsusilə hörmət edilir.

Maraqlıdır, Azərbaycan universitetlərində yaşı 70 və yuxarı olan nə qədər müəllim var?

Modern.az saytı bununla bağlı bir neçə ali təhsil ocağı ilə əlaqə yaradıb.


Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova
bildirib ki, universitetdə yaşı 75-dən yuxarı olan professor və müəllim heyətinin sayı 139 nəfərdir.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov
deyib ki, ADPU-da yaşı 70 və daha çox olan 136 müəllim işləyir.


Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev
qeyd edib ki, bu ali məktəbdə kadrların gəncləşdirilməsi prioritet məsələdir:

“Universitet rəhbərliyi, bütün sahələrdə olduğu kimi, müəllimlərin də gəncləşdirilməsində maraqlıdır. Buna görə də, mütəmadi olaraq uğurlu məzunlarımızla, eləcə də magistratura və doktrantura səviyyəsini yeni bitirən məzunlarla rektorun görüşü keçirilir. Onlaramüvafiq ixtisaslar üzrə dərs demələri, ümumiyyətlə iş yeri kimi AzTU-nu seçmələri üçün şərait yaradılır. Həmçinin,  bakalavriat səviyyəsini müəfəqiyyətlə bitirən məzunlarımızın magistr təhsili alması üçün onlara pulsuz hazırlıq kursları təşkil olunur ki, bu da birbaşa kadrların gəncləşdirilməsinə hesablanmış yaxın perespektivdir.

Universitetimizdə dövlət gənclər siyasətinə uyğun olaraq kadrların gəncləşdirilməsi işi aparılsa da, dəyərli professorlarımızın, alimlərimizin xidmətindən imtina olunmur. Onlar universitetin kafedralarında, laboratoriyalarında məsləhətçi professor kimi fəaliyyətlərini davam etdirirlər və öz bilik və bacarıqlarını gənc müəllimlərimizlə bölüşürlər”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərlinin sözlərinə görə, ADU-da70 yaşdan yuxarı olan işçilərin ümumi sayı 48 nəfərdir: “Bunlardan 9-u inzibati işçidir, qalanları müəllimdir”.

Bakı Mühəndislik Universitetin (BMU) mətbuat xidmətinin rəhbəri Rəcəb Rza deyib ki, BMU-da ümumiyyətlə yaşı 70 və daha çox olan müəllim fəaliyyət göstərmir.


Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov
bildirib ki, universitet komandanın, eləcə də müəllim-pedaqoq heyətinin seçimində gənclərə, xüsusilə xaricdə təhsil almış, öz sahəsi üzrə təcrübəsi olan, peşəkarlıq səviyyəsi yüksək olan gənclərə üstünlük verir:

“Müəllimlərimizin demək olar ki, hamısı gənclərdir. Yaşı 70-dən yuxarı olan yalnız iki müəllimimiz var, hansı ki, onların da təcrübəsi tədrisin keyfiyyətli təşkilində olduqca mühüm rol oynayır. Həmin müəllimlər universitetimizdə məsləhətçi-müəllim kimi çalışırlar”.


Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev deyib ki, bu təhsil ocağında
70 yaş üzərində 10 nəfər müəllim çalışır:

“Bu yaş kateqoriyalarında olan müəllim və professorlarımızın əksəriyyəti elmi rəhbər statusunda işlərini davam etdirir.

Bunlar bizim dəyərli alimlərimizdir və gənc müəllimlərin,eləcə də tələbələrimizin onların təcrübəsinə böyük ehtiyacları var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub