Modern.az

Maduro Trampı dialoqa çağırdı

Maduro Trampı dialoqa çağırdı

20 Fevral 2018, 09:02

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı dialoqu başlamağa və bunun üçün "məkan və zamanı" seçməyə təklif edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Venesuela başçısı "Tvitter" sosial şəbəkəsində yazıb.

 

"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam"- deyə N.Maduro yazıb.

 

Daha öncə ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı