17 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Ər kişinin Ər oğlu - Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTOLAR  
Ər kişinin Ər oğlu - Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTOLAR   +
20.02.2018, 09:11

Vətəni qibləgah edən şəhidlər...

İndi mənim üçün ən çətin görüş, şəhid anaları ilə olan söhbət, ən çətin sual da “oğlunuzu necə xatırlayırsınız” soruşmaqdır. Aprel döyüşlərində Lələtəpədə minaatan mərmisinin partlamsı nəticəsində şəhid olmuş mayor Rasim Məmmədovun anası Nazilə xanımla da danışmaq çox ağır oldu.


Modern.az
 saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir.

Naxçıvanın Babək rayonunun Cəhri kəndində yaşayan Əbdül Məmmədovun qapısı hər zaman gələn-gedənə açıq olub. Əbdül kişi ocağında 4 oğul böyüdüb, ev-eşik sahibi etmişdi. O, eldə -obada dərdi-səri olanlara da əl tutmuşdu... Ataya bütün gördüyü işlərdə dəstək verən isə ocağına istilik qatan, ailəsini göz bəbəyi kimi qoruyan ömür-gün yoldaşı Nazilə xanım idi. Nahaq deməyiblər ki, hər uğurlu kişinin arxasında güclü və qeyrətli bir qadın dayanır.
Naxçıvanın insanları bineyi-qədimdən qara rəngi sevməzdilər. Evin dirəyi olan qadınlar başlarına həmişə ağ ocağın rəmzi olan ağ örpək örtərdilər. Dədə-babadan ağ örpək qızın-gəlinin bəri-bəzəyi, ailənin isə namusu sayılardı. Ağ örpəkdən ona görə bəhs etdim ki, Nazilə xanım da başına bir ağ örpək atmışdı. Deyirlər ki, şəhid ruhları doğmalarının başında qara örtük görsələr, ocağa çətin gələrlər. Yəqin ki, Nazilə xanım da bu ənənəni yaşatdığından başına ağ örpək örtmüşdü. Ürəyi dolu, qəlbi yaralı, şirin sözlüdür Nazilə xanım...

Nazilə ananın sözündən, söhbətindən doymaq çətin idi, danışdıqca dilindən dürr tökülürdü. 1992-ci ildən bu yana müharibənin ağrılarını duymuşdu, gözləri hərbçi yolunu gözləməkdən yorulmuşdu. Ermənilərlə sərhəddə atılan hər güllə səsindən səksənmişdi, çünki düşmənlə üzbəüz səngərdə həm həyat yoldaşı Əbdül Məmmədov, həm qaynı Yunis, həm də bacısı və baldızı oğlanları dayanmışdılar. Zaman yaman ağır gəlmişdi. Naxçıvan hər tərəfdən mühasirədə qalmışdı, arxası rusa bağlı ermənilər Sədərəkdə qan-qan deyirdilər. Azərbaycanı şirin tikə kimi əllərinə keçirmək üçün qonşu kəndləri vaxt-bivaxt atəşə tuturdular. El-obaya şəhid xəbərləri gəlirdi... Nazilə xanımın da nə gecəsi, nə gündüzü var idi. İndi həmin günləri yada salan şəhid anası sualımı belə cavablandırdı:

-Gəl məni irdələmə,
Doğrayıb xırdalama.
Alovum səni qarsar,
Odumu qurdalama.


Fələk yaman yerdə tutdu yaxamdan. İndi sözlü-söhbətli aşıq olmuşam. Dərd məni dilləndirir. Həyat yoldaşım Əbdül 1992-ci ildə gedib Sədərəkdə düşmənlə üzbəüz dayandı. Qaşda dağın başında post qurmuşdu. Milli Ordunu yaradanlardan biri olmuşdu. Evə yığışmadı. Bir gün də xəbər gəldi ki, Əbdülü yaralanıb, onu gətiriblər Sədərəyə, xəstəxanaya. Evi yıxılmış erməninin atdığı güllə qolunun altından keçib, onurğa sütununu, ciyərlərini, bağırsaqlarını yaralayıb çıxmışdı. Xəstəxanaya çatana qədər onun bədənindən 6 litr qan axıb getmişdi. Əbdül o yaralardan zədəli qaldı. 24 il, 24 gün yatağa döşəli yatdı. Ayaqları işləmədi. Mənə deyirdi ki, “Nazilə, kimsə bilməz nə çəkirik, üçümüzdən başqa: Allah, sən və mən…”.
Deyərdi ki, əlil arabasında da gedib işal olunmuş torpaqlar uğrunda erməni ilə döyüşməyə hazırdı. Ürəyində o qədər güclü ruh var idi ki... Oğlanlarım, qayınlarım 24 ildə onu sınmağa qoymadılar. Hərdən söhbət düşəndə deyirdim ki, “ay Əbdül, axı mən Rasimdən ötrü çox narahatam, sən ona de ki, işini dəyişsin, ya da qabağa getməsin…”. Mənə acılanırdı ki, “oğlum arvaddır ki, gedib arxada işləsin…. Hərbçi Vətənin dar günündə öndə olar, kabinetdə oturmaqla Vətən qorunmaz”. Rasimə deyirdi ki, “oğul, düz edirsən, get daim öndə dayan…”.

Ara qarışanda Əbdül kişi zabit oğlu Rasimə zəng vurub harada olduğunu soruşur. Rasim onun suallarını zabitə yaraşan bir qürurula cavablandırır:

-Oğul hardasan?
-Lazım olan yerdə.
-Yaxşı neyləyirsiniz?
-Nə etmək lazımdırsa, onu da edirik…

Bu söhbətdən Əbdül kişi qürur hissi keçirmişdi. Artıq dost-tanış ona Lələtəpənin düşməndən geri alındığını söyləmişdi. Oğlu ilə danışandan sonra isə çətinliklə tərpədə bildiyi əlini güclə havada yelləyib, yanına sallamışdı… Yəni ki, ehhh... Gidi dünya, mən uda bilmədiyim müharibəni deyəsən, oğlum udacaq. Bu xəbəri 24 il yatağa pərçim olduğu müddətdə, hər gün gözləmişdi. Ona görə də oğlu Rasim hərbi korpusa təyinat alanda, uçmağa qanadı yox idi. Özü batalyon komandiri olduğundan bu işin necə şərəfli bir peşə olduğunu bilirdi.


Əbdül Cəlal oğlu Məmmədov
 öz xatirələrində yazırdı:

“1950-ci ildə iyun ayının 2-də Babək rayonunun Cəhri kəndində müəllim ailəsində anadan olmuşam. Bakı Rabitə Texnikumunu bitirib, Ordu sıralarına getmişəm. Bu da taleyin bir yazısı idi. Hərbi xidməti Yerevanda xüsusi rabitə alayında keçmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra, 1971-ci ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasi Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam.1981-ci ildə Nalçik şəhərində yerləşən Xüsusi Təyinatlı Milis Məktəbini fərqlənmə ilə bitirib, yenidən Naxçıvanda inspector-kinoloq vəzifəsində xidmətimi davam etdirmişəm. Daha sonra tikinti sahəsi üzrə mühəndislik oxumuşam. Ukraynanın Çernobıl vilayətində Atom Stansiyası partlayanda orada işləmişəm. 1989-cu ildə ermənilər buynuzlarını göstərməyə başlayanda, Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri də mən olmuşam. 1991-ci il sentiyabr ayından Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin xeyir-duası ilə yaranan Naxçıvan MR Dövlət Müdafiə Komitəsində əvvəl bölük böyüyü, sonra mübarizə bölüyünün komandiri, 1992-ci il fevral ayının 11-dək isə N saylı hərbi hissənin komandiri vəzifəsində qulluq etmişəm. 1992-ci il may ayının 19-da erməni silahlı dəstələrini Sədərək qəsəbəsindən qovmaq üçün, komandiri olduğum taboru, 20 nəfər əsgər və çavuşu ilə döyüş bölgəsinə gətirərək, apardığım hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbə vurmuş və onları geri çəkilməyə məcbur etmişəm. Qısa müddət ərzində ətraf yüksəklikləri düşməndən geri almağa nail olmuşam. Apardığım döyüşlərin birində ağır güllə yarası aldım və hər iki ayağım iflic oldu. Bu günə qədər müalicə oluna bilməmişəm.1992-ci ilin iyun və 1995-ci ilin yanvar ayında Dövlət Müdafiə Komitəsi və Naxçivan MR Ali Məclisi tərəfindən fəxri ada təqdim edilsəm də, bu günədək heç bir ad və ya mükafat almamışam. Hazırda ailəmlə birlikdə Cəhri kəndində yaşayıram. Evliyəm. 4 oğlum, 2 nəvəm, 4 qardaşım və 5 bacım var. Atam-Məmmədov Cəlal Əbdül oğlu 1919-cu ildə Cəhri kəndində doğulub, 56 il müəllim işləyib,1-ci qrup Böyük Vətən Müharibəsi əlilidir. Cəhri kəndində yaşayır, təqaüdçüdür. Anam-Məmmədova Gülsüm Mirbaba qızı 1927-ci ildə Cəhri kəndində anadan olub .Qəhraman anadir! Təqaüdçüdür. Cəhrə kəndində yaşayır”.


Belə həyat tərzi yaşamaq hər ƏR KİŞİyə qismət olmur. Ancaq dağlar belə oğulları yetişdirə bilir. Ər kişinin də ƏR oğlu olar. Rasim Əbdülün ilk övladı idi. Onun həyat yolu da atasının yoluna bənzəyirdi. 1977-ci ildə Babək rayonunun Cəhri kəndində  doğulmuşdu. 1994-cü ildə Cəhri kənd orta məktəbinini bitirdikdən sonra, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuşdu. 2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirərək, mayor rütbəsinə qədər yüksəlmişdi. Hər zaman ön cəbhələrdə xidmət etmişdi. 18 aprel 2015-ci ildən N saylı hərbi hissədə tabor komandiri vəzifəsində çalışırdı.



“Həəəə… ay qızım, həmin o qarışıq günlərdə də namaz qılırdım. Oğlum da atasının əllərini yuyurdu. Kişiyə nahar süfrəsi açmalıydım. Birdən zəng gəldi. Şahin (oğlunu nəzərdə tutur) telefona cavab verib, “…kim dedi ki…” - deyib qaçdı həyətə. Namazı yarımçıq qoyub durdum ayağa. Həyətdə səs -küy var idi. Gördüm bacımın oğlu dayanıb. Soruşdum ki, Rasimə bir şey olubmu? Başladı ağlamağa… Başımı qaldıranda gördüm ki, küçə adamla doludur. Namazımda bütün ön cəbhədə olanlar üçün dua etmişdim, balam üçün də… Dualarım qəbul olunmamışdı… Aprelin 4-də axşam vaxtı Rasimin tabutunu gətirdilər. Bayrağı Əbdülə verəndə, qolları əsim-əsim əsdi, qalxmadı. Həmin gündən qolları da qırılıb düşdü yanına. O gündən sonra yaralı dərdimi içərimdə büküb, şəhid oğlumu ağlamağa başladım.


Nərgizlər ay nərgizlər,
Top-top bitrə nərgizlər.
Hayıf cavan canından,
Torpaq örtər, yer gizlər.


Mən ağlayanda acıqlanırdı Əbdül, deyirdi ki, “ağlayıb balamın ruhunu narahat etmə”. Deyirdi ki, “balam kabinetində ölməyib, gavur əlinə düşməyib, balam Vətənini müdafiə edəndə ölüb. Şükür elə ki, hələ gavur əlində qalmadı. Sağ-salamat gətirib Vətəndə dəfn etdik. Kişinin işi torpaq qorumaqdır, o da necə lazımdırsa, elə də Vətənini qorudu”. 
Rasimin balaları - qızı Aysun, oğlu Asim yanına gələndə, sevinirdi. Qızı yanına çəkib, qoxlayırdı, deyirdi ki, Aysundan Rasimin ətri gəlir... Adam içində bir dəfə də ağlamadı. Amma qəfildən otağa girəndə görürdüm ki, özü hönkür-hönkür ağlayır. İlk övladı idi, güvəndiyi idi Rasim, onu öz yerində görürdü... Oğul dərdinə dözmədi... 24 gündən sonra, o da getdi Rasimin yanına...


Məni fələk eylədi
Balamı həlak eylədi.
Girdi bülbüllü bağa,
Ələk-vələk eylədi.


Fələk məndə üz gördü, getdi, yenə qayıtdı. İndi özün de, bu qədər dərdi çəkmək olar?


Ağlayan başdan ağlar,
Kiprikdən qaşdan ağlar.
Rasim kimi oğlu ölən analar,
Durar o başdan ağlar”.


Yunis Məmmədov Rasimin kiçik əmisi, Əbdül kişinin isə kişik qardaşıdır. İki qardaşın Cəhri kəndindəki evlərinin arası 50 metr ancaq olar. Yunis evin kiçik oğlu olduğu üçün Cəlal kişinin ocağına, ata evinə sahiblik edir. Əbdül kişi də ata evindən uzaq düşməmək üçün, evini ata yurduna yaxın yerdə tikib. Yunis Azərbaycan Konservatoriyasını bitirsə də, kənddə qalıb, həyət-baca işlərinə baş qoşmuşdu. Həm də qardaşı Əbdülün yanında olmuşdu hər zaman. Mənfur düşmən Sədərək tərəfdən Naxçıvanı ayaqlamaq istəyəndə, o da təhsilini buraxıb, qardaşı ilə birlikdə Vətəni müdafiə etmişdi. Həmin ağır illəri belə xatırlayır Yunis Məmmədov:


“Naxçıvanda Qaş dağında, hələ sovetdənqalma hava hücumu əleyhinə bir hərbi hissə var idi. Buradakı radar sistemi ilə Avropa ölkələrindən olan uçuşlara nəzarət edilirdi. Rus ordusu buradan gedəndə, bütün hərbi hissəni dağıdıb viran qoymuşdu. Həmin illərdə Heydər Əliyev Naxçıvanda ilk Milli Ordunu yaratdı. Qardaşım Əbdül də Naxçıvandakı hərbi hissəyə komandir təyin edildi. Qardaşım dəfələrlə Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevlə görüşmüş, müdafiə və ordu məsələlərini müzakirə etmişdilər. 
May ayı idi. Sədərəyin girişində erməni ilə üzbəüz olan postlarda 16 cavan Azərbaycan əsgəri şəhid olmuşdu. Mən bu xəbəri eşidən kimi, gəldim qardaşıma köməyə. Bacım oğlu da bizimlə idi. Əbdül batalyon komandiri idi. Əməliyyat planı hazırladıq. Həmin 16 nəfər əsgərin meyitini səngərdən çıxara bildik. Bir neçə gün sonra isə qarşı tərəfdə olan erməninin ordusuna od qoyduq. Bir gecədə 50-dən çox əsgər və zabitini məhv etdik. Bu əməliyyatlarda Əbdül qabağa bir nəfər də cavan əsgər buraxmırdı. Üzbəüz döyüşlərə ancaq nisbətən yaşlıları göndərirdi. Bu əsgərlərin də əksəriyyəti Rus ordusunda xidmətdən imtina edib, Vətənə köməyə gələnlər idilər. Qarşımızda 4 dənə erməni DOD-u var idi. Əbdülün qurduğu plan əsasında DOD-ların içərisindəkiləri məhv etmişdik. Məsafə o qədər yaxın idi ki, ermənilər danışanda, biz eşidirdik. Hətta ermənilər bizim həssas xüsusiyyətimizi bilirdilər, tez-tez söyüş söyürdülər. Bizim dayandığımız postda həlak olan uşaqlar, ancaq həssaslıq göstərib, erməniyə söyüşünə görə atəş açanlar idilər. Onlar səngərdən qalxanda ermənilər hiyləgərliklə vururdular. 


Günlərin bir günü də hərbi hissəyə səs yayıldı ki, ermənilərin əsgərlərinə güllə təsir etmir. Guya, vurulan erməni, bir qədər keçəndən sonra durub gəzir. Bunu qardaşım Əbdülə dedik. Gəlib baxdı, o ki var güldü. Dedi ki, ermənilər yaxşı silahlanıblar, xaricdən, Rusiyadan aldıqları zirehli geyimlər onları qoruyur. Güllələr də onların gülləbatmaz paltarlarına dəyir, nəticədə ağrıdan yerə yıxılırlar. Ağrı keçəndən sonra, ayağa dururlar. Bu əhvalatdan sonra, erməninin “yenidən dirilməsi mifi” dağıldı. Əbdül əsgərləri başa saldı ki, düşmən əsgərini başından vursunlar. Əsgərlərə qarşı ürəyiyumşaqlıq etsə də, təlimlərdə onları ən çətin sınaqlardan çıxarırdı. Deyirdi ki, belə olmasa, düşmənin qabağından qaçarlar. O səngərdə ƏR, MƏRD yetişdirirdi. Həmin günlərdə, bir əsgər ona demişdi ki, “... komandir, erməni məndən siqaret istəyir... amma mən siqaret çəkmirəm axı...?!”. Əbdül əsgərin bu səmimi sözünə gülüb demişdi ki, “sən odu ver, siqareti özü tapar”. Həmin uşaq bu sözdən sonra, komandiri anlayıb, erməni səngərinə qumbara ataraq, partlatmışdı... O vaxt bizim o dağlarda artilleriyamız olsaydı, ermənini İrəvana qədər qovmaq olardı... O qədər fürsətləri əldən vermişik ki...
Həmin döyüşlərdə Əbdül ağır yaralandı. Onu qucağına alan bacım oğlu ağlayanda, demişdi ki, “bu yara məni öldürməyəcək, ancaq sənin ağlamağın mənə o güllədən çox təsir etdi.... Əəəəə, kişi də ağlayar?!”
Naxçıvanın ermənilərlə həmsərhəd olan bölgələrində bizdən itirilən Kərki kəndi oldu. O da ki, hər tərəfdən erməninin əhatəsində idi. Lakin həmin həmsərhəd rayon və kəndlərdən bir nəfər də olsun qadınımız, qızımız girov düşmədi. Bizim kişilər döyüşə gedəndə, evlərinin xanımlarına qumbara verib deyirdilər ki, əgər gəlməsək, erməni birdən buralara girsə, bu qumbaranı partladıb, uşaqlarla birlikdə özünüzü öldürərsiniz... Hamı da bilirdi ki, belə bir hadisə olsaydı, evdə erməni qabağına qumbara ilə çıxacaq qadınları, anaları var... Bizim üçün hakimiyyətdə kimin olması maraqlı deyildi, bizim üçün ailəmiz və evimiz, Vətənimizin namusu önəmli idi. Biz ailəmizi və vətənimizi qoruyurduq. Gəlinbacım Nazilənin dediyi kimi, biz 10 uşaq olmuşuq. Rəhmətlik atam Cəlal kişi də, əmilərim Əsgər, Süleyman da Böyük Vətən Müharibəsində iştirak edib, özü də öndə gedənlərdən olublar. Kiyev uğrunda döyüşlərdə ilk cəbhə xəttini üç qardaş birlikdə yarıblar. Həmin döyüşdə onlardan biri həlak olmuşdu.


Qardaşım Əbdül ağır yaralandı. Ömrünün qalan illərini yataqda keçirdi. Naxçıvanın Əlillər Cəmiyyətinin sədri oldu. Qazilərin və veteranların hüququnu qorudu. Kiminsə işi çətinə düşəndə, onu əlil arabasına oturdub məhkəmələrə aparardıq ki, qazinin haqqını müdafiə etsin. Əbdül 2 dəfə Naxçıvan Ali Məclisinə deputatlığa namizədliyini verdi. Ürəyi sağlam idi. İradəsi möhkəm idi. Əsl zabit idi. Rasim də atasının yolunu seçdi”.


Rasim 20 gündən sonra polkovnik-leytenant rütbəsi alacaqdı... Lələtəpənin geri alınmasında iştirak edən hər kəs bilir ki, ilk dəfə tankla həmlə edib hücuma keçən Rasim Məmmədov və onun silahdaşları olublar. Axı Rasim özü də tankçı idi. Həmin gün o, cəbhədə olmaya da bilərdi, ancaq, vətən sevgisi, qeyrəti onu dinc buraxmamışdı. Hamıdan qabağa getmişdi, çünki o, şərəfli zabit və döyüşçü idi...


Azərbaycan Ordusunun zabiti Rasim Əbdül oğlu Məmmədov adına layiq dəfn edildi. Rasim həm atasının 24 il yatağa düşməsinin, həm də torpaqlarda günahsız axan qanların qisasını almağı qarşısına məqsəd qoymuşdu. O, şəhidliyi ilə bu məqamına yetişdi. Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edildi.


Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX
17.01.2019, 14:53

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX

Güclü külək iki yük maşınını aşırdı - VİDEO
17.01.2019, 14:50

Güclü külək iki yük maşınını aşırdı - VİDEO

İki erməni əsgəri minaya düşdü
17.01.2019, 14:45

İki erməni əsgəri minaya düşdü

Qorxulu siklon artıq Azərbaycandadır
17.01.2019, 14:37

Qorxulu siklon artıq Azərbaycandadır

Quba və Lerikdə hava DURUMU
17.01.2019, 14:34

Quba və Lerikdə hava DURUMU

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə nədən DANIŞDI?
17.01.2019, 14:29

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə nədən DANIŞDI?

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər
17.01.2019, 14:27

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ
17.01.2019, 14:11

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi bəzi yollarda sürət həddini aşağı saldı   
17.01.2019, 13:50

Bakı Nəqliyyat Agentliyi bəzi yollarda sürət həddini aşağı saldı  

ARXİV