Modern.az

Ramil Usubov deputatın qardaşını polis rəisi vəsifəsindən çıxardı

Ramil Usubov deputatın qardaşını polis rəisi vəsifəsindən çıxardı

22 İyul 2011, 14:10

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb. Nazirin digər əmri ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Cəbrayıl Vəliyev Saatlı rayonuna polis rəisi təyin edilib. A. Xəlilovun sərəncamda olduğu bildirilir.

APA-nın xəbərinə görə, R. Usubovun daha bir əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Vaqif Müslümov İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. İmişlinin polis rəisi Hüseynəli Məlikov isə bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Modern.az saytının məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb sərəncama göndərilən Ağəli Xəlilov Milli Məclisin deputatı Rüstəm Xəlilovun qardaşıdır.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir