Modern.az

Bakıda “Kalaşnikov” avtomatı saxlayan şəxs tutuldu  

Bakıda “Kalaşnikov” avtomatı saxlayan şəxs tutuldu   

Aktual

20 Fevral 2018, 11:29

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

     
Modern.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən “AKM” markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sutsatı bir neçə ay bundan əvvəl Balaxanı qəsəbəsində tapdığını və həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.

      
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər