Modern.az

Rusiya ilə ABŞ arasında yeni QALMAQAL

Rusiya ilə ABŞ arasında yeni QALMAQAL

Aktual

20 Fevral 2018, 13:27

“Son zamanlar ABŞ tərəfindən Rusiyaya qarşı bir neçə ittihamlar irəli sürülür. Bunlar, əvvəl Rusiyanın nüvə potensialının və nüvə silahlarının artırılması ilə bağlı idi. İndi isə Qara dənizdə hərbi qüvvələrinin çoxaldılmasına etiraz edir”.

 

Modern.az saytının məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yevgeniy Serebrennikov mətbuata açıqlamasında qeyd edib.

 

Onun sözlərinə görə ABŞ-ın özünün hərbi qüvvələrini cəmləməsininə diqqəti yayındırmaq üçün Rusiyaya həmlə edir. “Və ABŞ bunu Rusiyaya qarşı siyasi təziq kimi istifadə etmək istəyir”-deyə o əlavə edib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır