Modern.az

Daha bir dövlət qurumunun mətbuat katibinə "Qızıl qələm" verildi

Daha bir dövlət qurumunun mətbuat katibinə "Qızıl qələm" verildi

Təhsil

22 İyul 2011, 18:15

Azərbaycan Respublikası Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevaya Milli Mətbuat günündə Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının  (KİVHİ) “Qızıl qələm” mükafatı təqdim edilib.
N.Qazıyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1977-ci ildə mətbuatda çalışır. Korrektor kimi işə başlayıb, sonra müxbir, çoxtirajlı qəzet redaktoru olub, uzun illər “Azərbaycan” qəzetində işləyib.
2002-ci ildən Hesablama Palatasında mətbuat xidmətinin rəhbəridir. “KİV-in informasiya mənbələri sistemində  Mətbuat xidmətlərinin yeri”  mövzusunda araşdırma aparır.

KİVHİ dünən Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyevə də “Qızıl qələm” mükafatı təqdim edib

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı