Modern.az

Avtobus aşdı,10 nəfər öldü

Avtobus aşdı,10 nəfər öldü

20 Fevral 2018, 16:35

Çində on nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Ciangşi əyalətinin Ningdu qəsəbəsində sərnişin avtobusu yoldan çıxaraq 10 metrlik uçuruma yuvarlanıb.

 

Qəzada 9 nəfər hadisə yerində, bir nəfər də çatdırıldığı xəstəxanada həyatını itirib.

Araşdırma zamanı məlum olub ki, avtobusun tutumu 19 nəfər olsa da,hadisə zamanı avtobusda 32 nəfər olub. Yaralanan 22 nəfər xəstəxanada müalicələrinə davam edir. Faktla bağlı araşdırmalar davam etdirilir.

 Yaralı 22 nəfərin dairə xəstəxanalarda müalicə başlandığı, qəzaya dair istintaqın davam etdiyi bildirildi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...