Modern.az

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

Aktual

20 Fevral 2018, 17:40

Bu gün tanınmış telejurnalist, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olmuş İsmayıl Ömərovun 63 yaşı tamam olub.


Doğum günü münasibətlə Modern.az-a danışan İsmayıl Ömərov heç vaxt təmtəraqlı ad günləri keçirmədiyini deyib.

“Bu dəfəki doğum günümü sakit keçirmək fikrim yoxdur. Dostlarımla oturub çay içirik, maraqlı söhbətlər edirik. Bundan gözəl nə ola bilər ki! Ailə üzvlərimlə də doğum günümü qeyd edəcəyik. Səhərdən telefonum susmur. Hamının zənglərinə təbriklərinə cavab verirəm. Nə yaxşı ki, yaxşı insanlar var. Hamısı çox sağ olsunlar”.

 “Yaş üstünə yaş gəldikcə qocalmaqdan qorxmursunuz ki” sualını İsmayıl Ömərov belə cavablandırıb.


“Niyə qorxmalıyam ki! Hər şey yaxşıdır. Qocalmağın da öz gözəlliyi var. Yaş artdıqca insan özünə bir hesabat verir. İnsan həm də kamilləşir. Mənə elə gəlir, müəyyən insanlar var ki, ruhən heç vaxt qocalmır. Mən inanmıram ki, qocala bilərəm. Həyat çox gözəldir. Onu daha mənalı yaşamaq lazımdır”.

Qeyd edək ki, İsmayıl Ömərov 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsində işləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?