Modern.az

“Türkiyədə Xocalı faciəsini unutmayıblar” – Kamal Kılıçdaroğlu

“Türkiyədə Xocalı faciəsini unutmayıblar” – Kamal Kılıçdaroğlu

20 Fevral 2018, 20:28

“Türkiyədə Xocalı faciəsini unutmayıblar. Qardaş Azərbaycan xalqının dərdi Türkiyənin dərdidir”. Modern.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bildirib.

 

Kamal Kılıçdaroğlu qeyd edib ki, Xocalıda yaşananlar həm də onların faciəsidir: “26 il əvvəl Xocalıda bir qətlimat törədilib. Allahdan Xocalıda şəhid olan insanlar üçün rəhm diləyirik. Onların ağrıları bizim ağrımızıdır. Biz o qətliamı unutmadıq. Bizim ürəklərimiz Azərbaycanla döyünür ”.

 

Siyasətçi qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “26 il əvvəl Xocalıda qətliam baş verərkən də Azərbaycanın yanında olmağa çalışdıq. Türkiyənin keçmiş səhiyyə naziri Nami Çağanla birlikdə azərbaycanlı qardaşlarımıza o zaman  avtomobil göndərmişdik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub