Modern.az

Təyyarə qəzasında həlak olanlardan 45-nin cəsədi tapılıb - Yenilənib

Təyyarə qəzasında həlak olanlardan 45-nin cəsədi tapılıb - Yenilənib

21 Fevral 2018, 00:21

İranda qəzaya uğrayan "ATR-72" təyyarəsinin qurbanlarının 45-nin cəsədi aşkarlanıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib.

Cəlal Puranfard qeyd edib ki, həlak olanların axtarışı davam edir: “İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Cəsədlər Yasuc şəhərinin Məhkəmə-Tibb ekspertizasına göndəriləcək. Cəsədlərinin təxliyə edilməsi çərşənbə günü planlaşdırılır”.  

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.

 

22:18

 

 

İranda təyyarə qəzasında həlak olanlardan 30 nəfərin cəsədi tapılıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.

 

Həlak olanların cəsədlərinin çıxarılması işləri 4,500 metr yüksəklikdə aparılır. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkirlər. Qəza yerində 100-dən çox xilasedici işləyir, axtarışa həmçinin 7 vertolyot cəlb edilib.

 

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir