Modern.az

ABŞ-da məktəbdə yenidən silahlı insident oldu

ABŞ-da məktəbdə yenidən silahlı insident oldu

Dünya

20 Fevral 2018, 23:03

ABŞ-da məktəbdə yenidən silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə hadisə Ohayo ştatında qeydə alınıb.

Belə ki, Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər