Modern.az

Devalvasiyanın 3-cü İLİ:  Azərbaycanın qazandıqları və itirdikləri 

Devalvasiyanın 3-cü İLİ:  Azərbaycanın qazandıqları və itirdikləri 

İqtisadiyyat

21 Fevral 2018, 12:26

 

21 fevral 2015-ci il... Uzun illər sabitliyini qoruyub saxlaya bilmiş milli valyutanın dollara yenildiyi tarix... Bu gün həmin tarixdən 3 il ötür.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ötən müddət ərzində ölkə iqtisadiyyatında baş verənlər barədə Modern.az-a danışıb.

 

Deputat bildirib ki, 2015-ci ildə dünya iqtisadiyyatında baş verən hadisələr 2008-ci ildə başlayan iqtisadi böhranın növbəti və kəskin bir fazası idi:

 

“Azərbaycan iqtisadiyyatı da bu təsiri özündə hiss etməyə başladı və xarici təsirlərin nəticəsi kimi ölkədə devalvasiya baş verdi.

2015-ci ilin devalvasiyası ölkə iqtisadiyyatına öz mənfi təsirlərini də göstərdi. İqitisadi aktivliyin zəifləməsi fonunda ÜDM-in azalması, bütün qonşu ölkələrdə olduğu kimi, bizdə də qeydə alındı. Bank sisteminin iqtisadiyyatı kreditlə təmin etməsi həcmini azaltması və banklara inamın azalması iqtisadiyyatda ümümi inkişaf təsir etdi.

Bütün dövrlərdə iqtisadi böhranların təsiri daha çox əhali üzərində olur və təbii olaraq bizdə də müşahidə edildi. Prosesin qarşısının alınması üçün ən doğru addım yeni iş yerlərinin açılması və bunun stimullaşdırılmasıdır ki, ötən müddətdə biz bunu müşahidə etdik. Həmin dövrdə yaranmış vəziyyətdən sui-istifadə etmək niyyətində olanlar da var idi.

 

İstehlak qiymətlərinin süni artımının qarşısının alınması üçün bir tərəfdən nəzarət tədbirlərini gücləndirilməsi, digər tərəfdən bazarda rəqabət şəraitinin artırılması üçün də tədbirlər görüldü”.

 

İqtisadçı-deputatın sözlərinə görə, artıq 2016-ci ildən etibarən iqtisadiyyatın inkişafına mənfi təsir edən amillər aradan qaldırıldı və istehsal və ixracın həcmi artdı:

 

“Ötən 3 il müddətində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyə nail olunub:

 

“İstehsalın, ixracın həcmi artıb və strateji valyuta ehtiyatları da hər il artmaqdadır. Bu müddət ərzində ölkə iqtisaiyyatına xarici təsirləri minimuma endirmək üçün dərin təhlillər aparıldı.

 

Bu təhlillərin nəticəsi kimi 2016-ci ildə ölkə Prezidenti tərəfindən iqtisadi islahatların "Strateji Yol Xəritələri" təsdiq olundu. Dərin və şaxəli iqtisadi islahatlara start verildi. İlk olaraq ölkədə maliyyə sabitliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlərə ehtiyac var idi ki, bunlar həyata keçirildi.

 

Bu addımlar nəticəsində manatın kursu sabitləşdi, iqtisadiyyata zərər verən banklar bağlandı, əhalinin sosial və maliyyə proteksionizmi gücləndirildi. Bu müddət ərzində 200-dən çox iqtisadi qanunverici addımlar atıldı. Dayanıqlı iqtisadi modeli qurmaq üçün isə qeyri-neft sektorunun inkişafı əsas xətt kimi qəbul edilərək, çeşidli stimullaşdırıcı qərarlar verildi.

 

Azərbaycanda ənənəvi olan və təbii üstünlüyə sahib olduğumuz kənd təsərrüfatı istehsalının stimullaşdırılması üçün müxtəlif proqramlar qəbul olundu, dövlət dəstəyi ümumi yanaşmadan, hədəfli yanaşmaya doğru təkmilləşdirildi. Nəticədə bir çox məhsulların istehsalı dəfələrlə artdı. Ölkəyə valyuta gətirən əsas sahələrdən biri də kənd təsərrüfatı sahəsi oldu. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə salınması ilə iqtisadi diversifikasiya daha da artdı. İdarəetmə sahəsində atılan addımlar isə qərarvermə mexanizmlərini daha da təkmilləşdirdi.

 

Bu siyahını çox sayaraq uzatmaq mümkündür. Nəticədə 2017-ci ilin sonunda artıq ÜDM mübət artım dinamikasına sahib oldu, tədiyyə balansının cari əməliyyatlar hesabında müsbət saldoya sahib oldu və ixrac idxalı xeyli üstələdi, valyuta ehtiyatlarımız artdı.

 

Əldə olunan əsas nəticə ondan ibarətdir ki, 2015-ci ildəki devalvasiyaya səbəb olan amillərin əksəriyyəti neytrallaşdırıldı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir