Modern.az

II qrupun abituriyentlərinin nəticələrini açıqlandı

II qrupun abituriyentlərinin nəticələrini açıqlandı

23 İyul 2011, 18:42


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  II ixtisas qrupu üzrə iyulun 22-də keçirilmiş qəbul imtahanının nəticələrini bu gün açıqlayıb. Nəticələr iyulun 23-də saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. (burada - //tqdk.gov.az/ali2011net/ )

İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent (müsabiqədə iştirak etmək hüququ qazanıb.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Müsabiqə şərtləri

• II qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla digər fənlərdən ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi