Modern.az

Azərbaycanın tanınmış xanəndəsi vəfat edib

Azərbaycanın tanınmış xanəndəsi vəfat edib

23 İyul 2011, 19:02

Modern.az xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, respublikanın əməkdar artisti Sabir Mirzəyev bu gün dünyasını dəyişib. Ürək-damar xəstəliyindən əziyyət çəkən 69 yaşlı sənətkar bir müddət öncə Təbriz şəhərindəki klinikaya aparılmışdı və orada müalicə olunurdu. Xanəndə elə İranda vəfat edib.

Sabir Mirzəyev uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şərkətində çalışıb.
Onun ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları, “Çahargah” və “Rast” muğamları Qızıl fondda saxlanılır.

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi